Xəbər lenti
"Azərbaycanı "İsgəndər"lə vurmaq lazımdır"
Ermənistanın keçmiş iqtidar partiyasının sədr müavini Armen Aşotyan müdafiə naziri David Tonoyanın Azərbaycanın yeni əraziləri uğrunda yeni müharibə haqda bəyanatını dəstəkləyib.
Xatırladaq ki, D.Tonoyan Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən demişdi: “Ermənistanın müdafiə naziri kimi mən “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq...”.
Müdafiə nazirini dəstəkləyən Armen Aşotyan bəyan edib ki, diplomatiyada aydınlıq nümayiş etdirmək və düşmənə anlatmaq lazımdır ki, Ermənistan tərəfi müharibəyə cəlb edilsə, düşmən yeni itkilər verəcək.
"Özü də “İsgəndər”dən istifadə də istisna deyil. Müharibənin nəticəsi yeni ərazilərin “azad edilməsi” (dırnaq bizimdir-virtualaz.org) ola bilər", - deyə A.Aşotyan vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl müdafiə nazirinin bəyanatına Ermənistanın baş naziri Nikol Paşinyan da dəstək vermişdi: “Əgər müdafiə naziri başqa bəyanat versəydi, onu işdən qovardım. O deyib ki, müharibə olarsa, bizim cəhdimiz bu müharibədə qələbə qazanmaq olacaq və bu, normaldır. Bu cür bəyanat nizamlanma prosesinə heç bir kölgə salmır”.
D.Tonoyanın bəyanatını onunla razılaşdırıb-razılaşdırmadığı barədə suala cavab verərkən N.Paşinyan xatırladıb ki, müdafiə naziri birbaşa baş nazirə tabedir.virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar