Xəbər lenti
Azərbaycan-İran sərhədində ƏMƏLİYYAT - Tutulanlar var
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.
Manevr.az dsx-ya istinadən xəbər verir ki, 22 mart tarixində, saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində aşkaredici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası dərhal "silaha" komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edib və İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 2 nəfərə məxsus ayaq izləri aşkarlanıb.
Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Füzuli rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 23 mart tarixində saat 07:00 radələrində Horadiz-Bakı avtomobil yolunun Füzuli rayonu Aşağı Yağlıvənd kəndi hissəsində "Opel" markalı avtomobildə olan 1 nəfər İran İslam Respublikasının vətəndaşı 1993-cü il təvəllüdlü Xeyrabadi Səccad Qurban oğlu, 2 nəfər Azərbaycan Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü İlyasov Zöhrab Şərafəddin oğlu və 1992-ci il təvəllüdlü Əliyev Toğrul İsa oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-qoşun axtarış tədbirləri nəticəsində daha bir nəfər İran İslam Respublikasının vətəndaşı Cəfəri Fərhad Nəzi oğlu tutulmuş, əraziyə baxış zamanı ümumi çəkisi 3 kq 995 qr olan (1 kq 995 qr kokos, 2 kq marixuana və 1510 ədəd metadon həbi) narkotik vasitə aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar