Xəbər lenti
Dövlət Komitəsi: "Üç xanımın çılpaq rəqs etməsini əks etdirən videodan sonra şokdayıq"
"Sosial şəbəkələrdə üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq. Azərbaycanda belə bir hadisənin baş verməsi qəbuledilməzdir. Burada Azərbaycan qadınının imicinə xələl gətirilib. Bununla mübarizə aparılmalıdır".
Bunu Manevr.az açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
E.Səfərov bildirib ki, videoçəkiliş həmin xanımların razılığı ilə olsa da belə onlar qurbandırlar: "Azərbaycan qadınının çılpaq vəziyyətdə rəqs etdirilməsi və bunun videoçəkiliş vasitəsilə ictimailəşdirilməsi yolverilməzdir. Çünki bu, Azərbaycan adına xələl gətirən məqamlardan biridir. Bunu da nəzərə almaq lazımdır ki, xaricdən təsiredici halların axını mövcuddur. Ona görə də həmin xanımlarla psixoloji və maarifləndirci görüşlər aparılmalıdır".
Şöbə müdirinin sözlərinə görə, üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntü ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalıdır: "Həmin videoçəkilişdə vətəndaşların çılpaq rəqs etməsinin, videomaterialın yayılmasının səbəbləri araşdırılmalıdır. Biz daha çox ailə siyasətinin gücləndirilməsinə, ailə dəyərlərinin və adət-ənənələrinin qorunmasına çalışırıq. Həmin qadınların spirtli içkilərin və yaxud da narkotik maddələrin təsiri altında bu işə sövq edilib-edilməməsi araşdırılır. Bu da Daxili İşlər Nazirliyinin araşdırmasından sonra məlum olacaq".
Qeyd edək ki, martın 31-də sosial şəbəkələrdə üç gənc qadının çılpaq vəziyyətdə rəqs etməsini əks etdirən görüntülər yayılıb. Görüntülərin Azərbaycanda lentə alındığı bildirilir
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar