Xəbər lenti
Mehman Hüseynov beynəlxalq mükafata namizəddir
Azərbaycanlı video bloqçu Mehman Hüseynov "Senzura indeksi" beynəlxalq təşkilatının "IndexAwards2019" mükafatına namizəddir.
O, 400 ilkin namizədlərdən seçilmiş 16 namizəd arasında yer alıb.
Təşkilatın saytında yerləşdirilən məlumatda deyilir ki, Mehman Hüseynov Azərbaycanda rüşvət və insan hüquqlarının pozulması hallarını işıqlandıran jurnalist və hüquq müdafiəçisidir.
Namizədlər arasında Əfqanıstan, Türkiyə, Misir, ABŞ, Ukrayna, Serbiya nümayəndələri də var.
Mehman Hüseynov BBC News Azərbaycancaya deyib ki, "bu mükafat beynəlxalq ictimaiyyətin Azərbaycan haqda daha çox işlər görməsi və ölkəni daim diqqətdə saxlaması üçün çox önəmlidir".
"Bu, ölkədə azad və müstəqil jurnalistlər üçün bir stumul olardı", - o söyləyib.
Mehman Hüseynov kimdir?
Mehman Hüseynov 2019-cu ilin martın 2-də azadlığa çıxıb.
Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilmişdi.
O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunub.
Həbs müddətinin bitməsinə bir neçə ay qalmış Mehaman Hüseynova cəzaçəkmə müəssisəinin işçisinə zor tətbiq etməklə bağlı yeni cinayət işi açılmışdı.
Mehman Hüseynov ikinci cinayət işinin açılmasına etiraz olaraq aclıq aksiyasıaparırdı.
Bloqçu bu ittihamları qəbul etməyib.
Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə ölkəni tərk edib.
Avropa Parlamentinin nümayəndələri Azərbaycan hökumətindən Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi.BBC
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar