Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ödənilən hər bir qəpik 3-4 dəfə artımla geri qayıdır - Nazir AÇIQLADI

Tarix: 29-03-2019 12:03     Baxış: 3377 A- / A+
Ödənilən hər bir qəpik 3-4 dəfə artımla geri qayıdır


Xidməti müqavilə ilə işləyənlərin də vergi və sosial sığorta haqlarının əmək müqaviləsində olduğu kimi ödənilməsi təklif olunur.

Manevr.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, özəl sektorda çalışanların əksəriyyəti gəlir vergisi və sosial sığorta ödənişlərindən yayınmaq üçün xidməti və ya mülki-hüquqi müqavilədən istifadə edirdilər:

“Biz xidməti müqavilələrin fəaliyyət dairəsini azaltmalıyıq ki, onlar əmək müqavilələri əsasında işləməkdə maraqlı olsunlar. Təklif edirik ki, xidməti müqavilə ilə işləyənlər də vergi və sosial ödənişləri əmək müqaviləsində olduğu kimi ödəsinlər”.

Nazir qeyd edib ki, bununla bağlı həm Əmək Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunub. Bu yenilik xidməti müqavilə ilə çalışanların gələcək sosial müdafiəsini təşkil etmək üçün nəzərdə tutulur:

“İnsanlar başa düşməlidirlər ki, sosial ödənişlərdən kəsilən hər qəpik sonda onların pensiyasına mənfi təsir edir. Ödənilən hər bir qəpik isə pensiyaya çıxandan sonra 3-4 dəfə artımla hər kəsin özünə qayıdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar