Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xəstə heyvanları kəsib satan şəxsi polis tutdu

Tarix: 28-03-2019 17:14     Baxış: 3186 A- / A+
Xəstə heyvanları kəsib satan şəxsi polis tutdu


İstifadəyə tam yararsız olan 150 kiloqram mal ətini satmaq istəyən şəxs polislər tərəfindən müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən birgə keçirilən növbəti tədbir nəticəsində insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan,

mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısı alınıb. Daxil olan məlumat əsasında İmişli rayon sakini Azad Zeynalovun yaşadığı həyətyanı sahəyə baxış keçirilib və oradan xəstə, istifadəyə tam yararsız olan, ümumi çəkisi 150 kiloqram mal əti aşkar edilərək götürülüb.

Ətdən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratororiyasına göndərilib, qalan hissəsi isə yandırılaraq məhv edilib.

Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ətlər xəstə iri buynuzlu heyvana məxsusdur və isitifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. A.Zeynalov izahatında əldə etdiyi xəstə heyvanı kəsərək ətini Bakı şəhərində satmaq istədiyini bildirib.

Qeyd edilən faktla bağlı araşdırma aparılır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar