Xəbər lenti
Bu barədə qərarı mən vermirəm - Nazir

Dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər.
Manevr.az xəbər verir ki, olay yerinə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.
***
Ticarət mərkəzinin çöl hissəsi alkaponla üzlənib, bunlar yanan maddələrdir.
Bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: “Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Artıq yanğın lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.
***
Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır.
ONA xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, hər bir sahibkar öz malını sığortalamalıdır: “Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır".
Nazir hüquq-mühafizə orqanlarının da hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar