Xəbər lenti
Generallar sərhəddə: Hücum nə vaxt başlayır?
Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər və Quru Qoşunlarının komandanı Ümid Dündarın Suriya ilə sərhəddə hərbi hissələrin komandirləriylə görüşməsi yaxın zamanda Menbiç əməliyyatının başlanacağının anonsudur.
Politoloq Əhəd Məmmədli bildirib ki, bu əməliyyat onsuz da çox uzanıb:
“Türkiyə ordu rəhbərliyinin Suriya ilə sərhəddə verdiyi mesajlar onu göstərdi ki, növbəti hədəf Menbiç bölgəsidir. Türk əsgərləri tərəfindən Menbiç PKK-çı terrorçulardan azad ediləndən sonra Şimali Suriyanın qalan hissəsi də yaxın zamanda ekstremistlərdən təmizlənəcək. Menbiçlə Fərat çayının qərb hissəsi terrorçulardan təmizlənəndən sonra əsas məqsəd çayın şərq hissəsi olacaq”.
Politoloq vurğulayıb ki, Türkiyə-Suriya sərhədi boyunca tampon bölgənin qurulması yönündə Menbiçin azad edilməsi mütləqdir:
“Düşünürəm ki, 31 martda keçiriləcək bələdiyyə seçkilərindən dərhal sonra türk ordusu Şimali Suriyada növbəti antiterror əməliyyatını aparacaq. Türk dövləti Suriyada hərbi əməliyyat aparmağa tələsməlidir. Menbiçdən sonra Türkiyə dünya və region dövlətlərinə Suriya mövzusunda nə qədər ciddi olduğunu göstərəcək. Müdafiə naziri Hulusi Akarın mesajlarından başa düşmək olur ki, amerikan hərbi kontingenti verdiyi sözə əməl etməsə və Suriyadan çıxmasa belə, türk əsgəri Suriyada antiterror əməliyyatına başlayacaq. Menbiç Afrinin davamı olmalıdır, Menbiçin davamı Şimali Suriya olacaq. Şimali Suriyanın davamı isə bəlkə də bütün Suriya oldu. Sonuncu məqsəd türk dövlətinin nə qədər tez qızıl alma hədəfinə çatmasından asılı olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar