Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türk dünyasının gözü Nursultanda: ciddi proses gedir

Tarix: 24-03-2019 11:10     Baxış: 3251 A- / A+
Türk dünyasının gözü Nursultanda: ciddi proses gedir

Qazaxıstanda hazırda çox ciddi proseslər gedir.

Manevr.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Nazarbayev hakimiyyətdən getməyib, o, sadəcə, taktiki gediş edib:

“Nazarbayev səlahiyyətləri daha da genişləndirilmiş Təhlükəsizlik Şurasının sədridir. Müstəqil Qazaxıstanın qurulması, ölkənin iqtisadi inkişaf tempinə görə MDB-də qabaqcıl yerdə olması məhz Nazarbayevin apardığı siyasətin nəticəsidir. Düzdür, Qazaxıstanda hazırda çox ciddi proseslər gedir. Hətta gələcəkdə hakimiyyətə Dariqanın da gələcəyi istisna edilmir. Əlbəttə ki, kifayət qədər təcrübəli, türkçülüyə sadiq biri olan Nazarbayev hakimiyyətin ötürülməsi prosesinin mürəkkəbliklərini də mütləq nəzərə alacaq. Hesab edirəm ki, Nazarbayev bu dönüş məqamında ehtiyatı əldən verməyəcək, bəzi reallıqları və riskləri hesablayaraq, qüdrətli Qazaxıstan naminə ölkədə demokratik seçki məsələsini yenidən gündəmə gətirəcək. Çünki Qazaxıstan iki böyük dövlətin - şimaldan Rusiyanın, cənubdan isə Çinin təsiri altındadır”.

Rusiya ilə münasibətlərə gəlincə, politoloq hesab edir ki, Qazaxıstan hakimiyyəti bu ərəfələrdə çox diqqətli olmalıdır:

“Hakimiyyət indiyə qədər yalnız uzaqgörən Nazarbayevin müdrik siyasəti nəticəsində Rusiyanın ərazi iddialarının qarşısını ala, Moskva ilə yaxın qonşuluq münasibətlərini bərqərar edə bilib. Kreml iddia edir ki, indiki Nursultan şəhəri daxil olmaqla, rusların daha çox yaşadığı Qazaxıstanın şimal hissəsi vaxtilə Rusiyadan qoparılıb. Ancaq ta 16-cı əsrin əvvəllərinə qədər Rusiya Moskvadan uzaqlardakı torpaqlara nəzarət etməyib. Həmin ərazilər türk torpaqlarıdır, orada başqırdlar, tatarlar, çuvaşlar, qazaxlar yaşayıblar. Bu mənada Qazaxıstanın da Rusiyaya qarşı böyük ərazi iddiaları var. Açıqlanmasa da, Orenburq vilayətinin az qala 80 faizi qədim Qazaxıstan torpaqlarıdır. Buna görə də Qazaxıstan vaxtilə ABŞ və Rusiyanın təkidi ilə öz ərazisində olan nüvə silahlarını xoşluqla Rusiyaya ötürməməli idi. ABŞ və Rusiya bunun müqabilində təhlükəsizlik zəmanəti versə də, sözügedən qərar Qazaxıstanı Ukrayna kimi nüvə dövləti statusundan məhrum etdi”.

Politoloq bu kontekstdə gələcəkdə Qazaxıstana Nazarbayev kimi müdrik bir siyasətiçinin rəhbərlik etməsini vacib sayıb:

“Türk dünyasının ən öndə gedən ölkələrindən biri kimi Qazaxıstanın davamlı inkişafı və Qarabağ məsələsində haqq işimizi müdafiə etməsi Azərbaycan üçün də önəmlidir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar