Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın məşhur universitetinin alimi İSTEFA VERDİ - Açıqlaması ilə ŞOK ETDİ

Tarix: 22-03-2019 11:23     Baxış: 3294 A- / A+
Azərbaycanın məşhur universitetinin alimi İSTEFA VERDİ - Açıqlaması ilə ŞOK ETDİ


Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub universitetin ona verdiyi məvacibə etiraz əlaməti olaraq bir müddət öncə istefa verib.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, istefasına Mail Yaqub sosial şəbəkə hesabında aydınlıq gətirib.

Xəzər Universitetində illik təhsilhaqqı ixtisasdan asılı olaraq, ortalama 4000-4500 arasında dəyişir. Ödənişin ödənilməsində isə tələbəyə hər hansı güzəşt edilmir.

Mail Yaqubun açıqlaması isə növbəti bir məsələyə aydınlıq gətirib. Belə ki, təqribən 40 nəfərlik auditoriyaya həftədə 2 dəfə 90 dəqiqə dərs deyən müəllimə bir qrup qarşılığında 160 manat məvacib yazılır. Auditoriyada çox tələbənin olması dərsin keyfiyyətini azaltsa da, demək olar ki, son illər tələbələr qruplara bölünmür (ingilis dili dərsləri istisna olmaqla). Əvvəlcə haqqını rəhbərlikdən tələb edən Mail Yaqub daha sonra etiraz əlaməti olaraq işdən ayrılıb.

"Hər il tələbələrindən fantastik məbləğdə pul yığıb fədakar müəllimlərinə qəpik-quruş əmək haqqı verməklə onları təhqir edən, tələbə və müəllimlərinin fikrinə zərrə qədər də dəyər verməyən universitetin adına Xəzər Universiteti deyilir. Ölkədə geniş miqyasda islahat gedərkən bu universitet özünü uzaq bir ada zənn edir, min bir əzabla çalışan müəlliminə 160 manat əmək haqqı yazır", - M.Yaqub qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar