Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Nazarbayev istefa verdi, amma hakimiyyətdə qalacaq

Tarix: 20-03-2019 10:34     Baxış: 3224 A- / A+
Nazarbayev istefa verdi, amma hakimiyyətdə qalacaq

Prezidentliyi təhvil vermək hələ Nazarbayevin hakimiyyətdən getməsi mənasına gəlmir.

Manevr.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, qocaman siyasətçi 2017-сi ildən bəri özünün prezidentliyindən sonrakı dövrə hazırlıq görür və bu məqsədlə Konstitusiya islahatları aparıb:

"Məsələn, 2017-ci ilin martında Konstitusiyaya edilən dəyişikliyə əsasən prezidentin bəzi səlahiyyətləri parlament və hökumət arasında bölüşdürülüb. Hökumətin prezident tərəfindən təkbaşına deyil, parlamentin iştirakı ilə formalaşdırılması, baş nazirin qanunverici orqan qarşısında cavabdehliyi təsbit edilib. Prezident yalnız 3 naziri – müdafiə, daxili və xarici işlər nazirlərini təyin etmək hüququna malikdir, Nazirlər Kabinetinin qalan tərkibini parlament müəyyənləşdirir. Prezident Nazirlər Kabinetinin və baş nazirin qəbul etdiyi aktları ləğv edə bilməz. 2018-ci il mayın 31-də isə Qazaxıstan parlamenti Nazarbayevə ömürlük Təhlükəsizlik Şurasına rəhbərlik etmək hüququ verən qanun qəbul edib. Qanuna əsasən, Təhlükəsizlik Şurasının statusu dəyişdirilir və o, məsləhət-məşvərət orqanından konstitusion dövlət orqanına çevrilir. Bu qurum Nazarbayevin rəbərliyi ilə milli təhlükəsizlik, müdafiə sahələrində dövlət siyasətinin əsas istiqamətlərinin həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və təşkili məsələlərinə baxacaq".

Politoloq vurğulayıb ki, bu, Elbaşının aktiv gündəlik fəaliyyətdən və ölkədəki sosial-iqtisadi problemlərə görə cavabdehlikdən kənara çəkilib, Təhlükəsizlik Şurasının sədri qismində ölkəyə nəzarəti öz əlində saxlayacağı anlamına gəlir.axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar