Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əli İnsanovun ixtira etdiyi "İNSANOVİN" dərmanı harda və neçəyə satılır?

Tarix: 19-03-2019 17:43     Baxış: 4823 A- / A+
Əli İnsanovun ixtira etdiyi "İNSANOVİN" dərmanı harda və neçəyə satılır?

Xəbər verildiyi kimi, keçmiş səhiyyə naziri Əli İnsanov ötən gün prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamına əsasən azadlığa çıxıb.

Manevr.az xəbər verir ki, son bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də keçmiş səhiyyə naziri Əli İnsanovun maddi imkanları ilə bağlıdır. Hətta iddia olunur ki, Əli İnsanov həbsdən çıxarkən əynində olan geyimlər bahalı brend məhsullardır.
Məlumat üçün bildirək ki, Əli İnsanov həbsdə olduğu zamanalarda belə xarici banklarda ona məxsus vəsaitlərin olduğu bildirilib. Keçmiş səhiyyə naziri Əli İnsanov həbs olunduqdan 10 il sonra - 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində ona məxsus vəsaitlərlə bağlı məhkəmə işi olub. Bildirilirdi ki, Əli İnsanovun adına "Banque de Luxembourg" bankında 1,5 milyon dollar vəsait aşkarlanıb və məlum olub ki, bu vəsait həmin banka 2000-2002-ci illərdə qoyulub.
O dövürdə açıqlama verən Əli İnsanov bildirib ki, mən ixtiraçı aliməm, dərman kəşf etmişəm: "Həmin dərmanın xaricdə istehsalından pul qazanmışam və indi də qazanıram. Qazancımdan Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 100 min dollarlarla vəsait ödəmişəm".
Maraqlıdır görəsən, Əli İnsanovun ixtira etdiyi "İNSANOVİN" dərmanı hansı ölkələrdə istehsal olunub və hansı ölkələrdə satılıb? İnternet üzərindən apardığımız araşdırmadan belə görünür ki, "İNSANOVİN" dərmanının istifadəsinə 1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ET Ağciyər xəstəlikləri institutu tərəfindən razılıq verilib. Həmin dövürdən etibarən dünyanın bir çox ölkəsində istifadə olunub. "İNSANOVİN" dərmanının sonuncu istehsal yeri kimi "AzərFarm LTD" əczaçılıq sənaye müəssisəsi göstərilir. Bu müəssisə 1998- ci ildə Səhiyyə Nazirliyi və Türkiyə əczaçılıq şirkətlərinin birgə iştirakı ilə qurulub. Hazırda bu müəssisənin istehsal etdiyi dərmanlar arasında "İNSANOVİN" dərmanı yoxdur. Rusiyaya məxsus internet resuslarda "İNSANOVİN" dərmanı haqqında geniş məlumatlara rast gəlmək olur. Vaxtı ilə içərisində 20 ədəd tabletin olduğu bir qutu "İNSANOVİN" dərmanının 88 rubla satıldığı barədə məlumat olsa da, hazırda bu dərmanın harda və neçəyə satıldığı barədə məlumat yoxdur.
"İNSANOVİN" dərmanının adına 2012-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin yayımladığı bir xəbərdarlıqda da rast gəlmək olur. Həmin xəbərdarlıqda Rusiya XİN öz vətəndaşlarına bildirir ki, Taylanda səfər edərkən özünüzlə apardığınız bəzi dərmanları həmin ölkəyə buraxmayacaqlar. Bu dərmanlardan bir də "İNSANOVİN" olub.
Onu da bildirək ki, 2004-cü ildə Almaniyanın Frankfurt şəhərində Avropanın İnkişaf Təşəbbüsləri Mərkəzi və Biznes Təşəbbüsləri Direktorluğunun keçirdiyi tədbirdə "İnsanovin" dərmanına görə Əli İnsanova "Avropa tağı" mükafatı verilib.
Məlumat üçün onu da qeyd edək ki, "İNSANOVİN" dərmanı bronxial astmanın müalicəsində istifadə olunur.yeniavaz.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar