Xəbər lenti
Müsəlmanlara qarşı dəhşətli teraktlar olacaq - Şok açıqlama

Yeni Zelandiyada məsciddə baş verən terror aktı ilkdir və bunun davamı olacaq.
Politoloq Zaur Məmmədov bildirib ki, bütün bunlar əvvəlcədən hazırlanmış ssenaridir:
“Çünki Yeni Zelandiyadakı teraktı törədən cinayətkar əvvəlcədən bütün dünyada proseslərin ilk icraçısı kimi tanınmaq istəyirdi. Təsadüfi deyil ki, bundan sonra Londonda da məscidə hücum baş verdi. Hücumların bundan sonra da xristian ölkələrində müsəlmanların kompakt yaşadığı yerlərdə və ibadət etdiyi məscidlərdə olacağını istisna etmək olmaz”.
Politoloq vurğulayıb ki, bəzi dünya qüvvələrinə bu zəmində münaqişələr lazımdır:
“Baş verənlər xristianlar və müsəlmanlar arasında yenidən münasibətlərin gərginləşməsinə qədər gedib çıxa bilər. Əgər xristianlar tərəfindən məscidlərə və digər yerlərə hücumlar olacaqsa, müsəlmanların da xristianlara cavabı olacaq. Dünya yenidən bundan əvvəlki dövrlərdə olduğu kimi, dini konfensiya savaşlarına şahidlik edə bilər. Görünür, dünyanın bəzi dairələrinə bu çaxnaşma lazımdır. Suriya münaqişəsinin az qala tənzimləndiyi bir vaxtda yeni münaqişəyə ehtiyac var”.
Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində silahlı şəxs məscidə hücum edib. Son məlumata görə, hücum nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar