Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Fuad Abbasov çağırış etdi: Deportasiya olunacağam

Tarix: 18-03-2019 18:39     Baxış: 2346 A- / A+
Fuad Abbasov çağırış etdi: Deportasiya olunacağam


Ermənilərə qarşı apardığı mübarizə və Rusiyadakı azərbaycanlıların maraqlarını müdafiə etməsi ilə məşhurlaşan azərbaycanlı jurnalist Fuad Abbasov bu axşam demək olar ki, Rusiyanın bütün regionlarından olan Azərbaycan diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə Feysbuk sosial şəbəkəsində canlı yayım təşkil edəcək.

Manevr.az
bildirir ki, bu barədə axar.az-a məhz jurnalistin özü məlumat verib.

“Kimin hansı tərəfdə dayandığını öyrənməyin vaxtı çatıb. Mən fikir vermişəm ki, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimova, onun erməniyönlü fəaliyyətinə, həmçinin Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqovaya qarşı çıxmağa başladıqdan sonra çoxillik dostlarım məndən üz döndərib. Məsələ burasındadır ki, mənə qarşı böyük təxribat kampaniyası başladılıb. Dünənə qədər mənə qardaş deyib, bu gün düşmən kimi qarşı çıxan bu insanları anlaya bilmirəm”, - Abbasov bildirib.

Abbasov ona həmçinin hüquq-mühafizə orqanlarından müraciətlərin də daxil olduğunu söyləyib.

“Guya mənim qeyri-qanuni fəaliyyətlərimlə bağlı qurma işlər aparılır. Məsələ o yerə çatıb ki, məni hətta Rusiyadan deportasiya da edə bilərlər. Bu gedişlə təxribatlar öz meyvəsini verə bilər. Bunların hamısı mənim antiazərbaycan missiyasını davam etdirmək istəyən həmin şəxslərə mane olduğum üçün baş verir”, - Abbasov bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar