Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

“O, sifarişin qurbanı idi” — Müstəntiq Rüfət Səfərovun valideynləri Prezidentə TƏŞƏKKÜR ETDİLƏR

Tarix: 17-03-2019 11:04     Baxış: 3306 A- / A+
“O, sifarişin qurbanı idi”

Prezident İlham Əliyevin dünənki əfv sərəncamı ilə azadlığına qovuşan sabiq prokurorluq müstəntiqi Rüfət Səfərovun valideynləri – Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu və xanımı Tahirə Tahirqızı bəyanat yayıblar.

Bəyanatda deyilir: “Rüfət haqq etdiyi azadlığına qovuşdu. Tam əmin deyildik. Amma baş verdi. Qanunsuz həbs edilən sabiq müstəntiq heç bir günahın sahibi olmaya-olmaya uzunmüddətli həbslə cəzalandırılmışdı.

O, sifarişin qurbanı idi. Saxta istintaqın, ədalətsiz məhkəmənin hökmü ilə heç bir sübut-dəlil olmadan, öyrədilmiş şahidləri üzünə qoymaqla 9 il azadlıqdan məhrum edilmişdi.
“O, sifarişin qurbanı idi”

Dövlət başçısı günahsız müstəntiqin azadlığa buraxılması barədə, nəhayət, xeyirxah qərar qəbul etdi və buna görə təşəkkürümüzü ifadə edirik. Çətin günlərimizdə ailəmizə mənəvi dəstək verən çoxsaylı insanlara, Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin bütün üzvlərinə və səsimizi cəmiyyətə catdırmaqda əməyini əsirgəməyən jurnalist dostlarımıza da öz minnətdarlığımızı bildiririk.

Bu gün günahsız məhbus problemi ölkə daxilindən kənara çıxaraq, beynəlxalq təşkilatlar səviyyəsində müzakirə predmetinə çevrilib. Bunun qarşısını almaq üçün əməli tədbirlər görülməlidir.

Fikrimizcə, böyük amnistiya aktı ilə problemi birdəfəlik aradan qaldırmaq mümkündür. Bir dəfə bu təcrübədən istifadə olunub və cəmiyyət tərəfindən müsbət hadisə kimi qarşılanıb. Bu həm də dövlət-cəmiyyət münasbətlərində irəliyə doğru böyük sıçrayış olmaqla prezidentin reytinqinin yüksəlməsi üçün əsaslı zəmin yaradar.

Xeyirxah addımın davamını sosial barış üçün ən etibarlı vasitə kimi görürük. Ümumiyyətlə, dövlət özü münasib bir yol tapmalıdır. Məhbus ailəsinin nələr çəkdiyini öz həyatımızda yaşadıq.

Çox ağır və dözülməz bir həyatdır. Gözü yollarda qalan bir körpəni, kədər içərisində qovrulan bir ananı sevindirmək Allaha da xoş gedər. Dövlət rəhbərinin başladığı bu xeyirxah işi tezliklə sona çatdıracağını xahiş edirik.

Axırda bir məsələyə qısa münasibət bildirməyi vacib sayırıq. Bəzi yanaşmalara baxdıqda təəssüfləndik. Onlara görə çomağı əlimizə alıb dərhal hakimiyyətin üzərinə hücuma keçməliyik. Bu cür düşüncə ilə öz xislətlərini ortaya qoyanları anlamaq çətin deyil…”/demokrat.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar