Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlik: Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir

Tarix: 16-03-2019 17:41     Baxış: 3207 A- / A+
Nazirlik: Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir


İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra yaranır və ona ödənişli əsas məzuniyyət 21 təqvim günündən az ola bilməz.

Manevr.az trend-ə istinadən bildirir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Ağdam rayonunda "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə qeyd olunub.

Bildirilib ki, işçiyə əmək stajı beş ildən on ilədək olduqda 2, on ildən on beş ilədək olduqda 4, on beş ildən çox olduqda 6 təqvim günü əlavə məzuniyyət verilir. Eyni zamanda, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın.

Tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub.

Həmçinin qeyri-rəsmi məşğulluğun işçi hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu diqqətə çatdırılıb, əmək münasibətlərinin qeyri-formal şəkildə qurulmasının mənfi nəticələri qeyd edilib.

İşəgötürənlərin hər bir işçi ilə əmək münasibətlərini əmək müqaviləsi əsasında qurmalarının vacibliyi vurğulanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar