Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” - Zakir Həsənov erməniləri təəccübləndirib

Tarix: 16-03-2019 10:04     Baxış: 3319 A- / A+
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...”

Azərbaycan ordusunun ötən gün başa çatan irimiqyaslı hərbi təlimləri Ermənistanda müzakirə olunmaqdadır. 10 minə qədər canlı qüvvə, 500-ə qədər tank və digər zirehli texnikanın, yüzlərlə reaktiv artilleriya və ən yeni raket komplekslərinin cəlb olunduğu, döyüş şəraitinə maksimal yaxınlaşdırılmış təlimlərin ssenarisi şərti düşmənin müdafiə xəttinin yarılması və ərazilərin işğaldan azad edilməsi üzərində qurulmuşdu.

Bu təlimləri şərh edən erməni hərbi ekspert Taron Ovanisyan onun əvvəlkilərdən fərqlənmədiyini deyir. Onun bildirdiyinə görə, Azərbaycan ordusunun keçirdiyi təlimlərdə həmişə eyni ssenari oynanılır, bu da o deməkdir ki, ordu müvafiq döyüş əməliyyatlarına hazırlaşır. İndiki halda Ovanisyana görə bu təlimlər Azərbaycan ordusunun Qarabağ istiqamətində hücumuna hazırlıqdır.

“Düzünü desəm, mən gözləyirdim ki, bu təlimlərdə ilk dəfə Belarusdan alınan “Polonez” operativ-taktiki raket komplekslərindən və İsraildən alınan LORA operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçiriləcək. Lakin nə bu, nə digəri tətbiq edilmədi. Ən azından yayılan kadrlarda bu atışları biz görmədik ki, burası bir qədər təəcübləndirir”-Ovanisyan “Sputnik Armenia” agentliyinə açıqlamasında deyib.

Erməni ekspert qeyd edib ki, Azərbaycan “Polonez” və LORA komplekslərini Ermənistanın “İsgəndər” komplekslərini əldə etməsinə cavab olaraq almışdı. O, istisna etmir ki, həmin vsitələrin təlimlərdə tətbiq edilməməsi raketlərin dəyərinin yüksək olması ilə bağlıdır.
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...”

“Məsələn, bir LORA raketinin qiyməti 800 min dollara yaxındır. Ola bilsin Azərbaycanın hərbi-siyasi rəhbərliyi təlimlərə bu qədər böyük vəsaitin xərclənməsini məqsədəuyğun saymayıb”-Ovanisyan bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi “Polonez” və LORA raket komplekslərinin də təlimlər çərçivəsində öz bazalarını tərk edərək poliqonlara doğru hərəkət etdiyinə dair kadrları yayıb. Lakin daha sonra təlimlərin gedişinə dair xəbərlərdə bu komplekslər gözə dəyməyib. Eləcə də təlimlərin döyüş atışlı hissəsinə dair Müdafiə Nazirliyinin yaydığı kadrlarda “Vampir” və “Qrad” reaktiv yaylım atəşi sistemlərindən, özüyeriyən qaubitsalardan və müxtəlif çaplı minomyotlardan, o cümlədən tanklardan şərti hədəflərə kütləvi zərbələrin endirilməsi əksini tapıb.

Lakin “Polonez” və LORA operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçirilməyibsə belə bu silahların təlim poliqonlarına çıxarılması onların real döyüş əməliyyatlarında tətbiqi ilə bağlı digər mühüm elementləri sınaqdan çıxarmağa imkan verir. Bura komplekslərin döyüş mövqeyini tutması, vurulacaq hədəflərin təsbit edilməsi, şəxsi heyətin kompleksləri çevik şəkildə döyüşə hazır vəziyyətə gətirməsi, zərbənin endirilməsindən sonra döyüş mövqeyinin mümkün cavab zərbələrindən yayınmaq üçün qısa zamanda tərk edilməsi kimi məqamlar daxildir.

“Polonez” raket kompleksləri 250 kilometr mənzilli 8 yüksək dəqiqlikli raketlərlə təchiz olunub. LORA kompleksləri isə 400 kilometrdən çox məsafədə hədəfi 500 kiloqrama yaxın döyüş başlıqlı raketlərlə vura bilir.virtualaz.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar