Xəbər lenti
DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılır!

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 12-dən 13-nə keçən gecədən etibarən 14-ü axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Verilən məlumata görə, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Binəqədi şosesi və Azadlıq prospekti ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq Binəqədi-Biləcəri avtomobil yoluna yönəldiləcək.
Ordubadi küçəsinə digər istiqamətdən məhdudlaşma Yəhya Hüseynov küçəsi ilə kəsişmədə yerləşən dairədən tətbiq ediləcək. Sözügedən ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillər alternativ olaraq Asəf Zeynallı küçəsi vasitəsi ilə Biləcəri-Binəqədi yoluna yönəldiləcək.
Sadalanan ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərər anlayışla yanaşmalarını xahiş edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar