Xəbər lenti
TƏCİLİ XƏBƏR: Rusiya təyyarəsi təcili Bakı aeroportuna endi - BOMBA TƏHLÜKƏSİ
Rusiyanın "Ural hava yolları” şirkətinə məxsus təyyarə Bakıda təcili eniş edib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, iki saat əvvəl Bəhreyndən uçan və üç saat sonra Domodedova aeroportunda eniş etməli olan "Airbus A321” təyyarəsi Bakıda təcili eniş edib.
Məlumata görə, təcili enişə təyyarənin göyərtəsində bomba xəbərdarlığı edən yazılı qeydin tapılması səbəb olub.
Təyyarə xüsusi xidmət orqanları tərəfindən yoxlanılacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti "Ural Hava Yolları” şirkətinə məxsus təyyarənin Bakıda məcburi eniş etməsi məsələsinə aydınlıq gətirib.
Bildirilib ki, martın 11-də Bakı – Bəhreyn şəhərindən Moskva şəhərinə uçan "Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.
Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub.
Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.
Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.
HG kapitanı sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar