Xəbər lenti
“Ordu gəncləri böyük qüvvədir” adlı kitabın təqdimatı olub
Novruz bayramı ərəfəsində Gəncə qarnizonundakı hərbi hissələrdən birində “Ordu gəncləri böyük qüvvədir” adlı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gəncləri Gününə həsr edilən respublika toplantısı və Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısının materialları əsasında hazırlanmış nəşrin təqdimatında zabitlər və gənc əsgərlər iştirak ediblər.
Layihənin müəllifi, kitabın tərtibçi-redaktoru, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, respublikamızda gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib və ardıcıl olaraq həyata keçirilən bu siyasətin nəticəsində gənclərimiz daha parlaq gələcəyə doğru inamla irəliləyir.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının və digər fərman və qərarların verdiyi imkanlardan respublikanın bütün gəncləri kimi ordu gəncləri də bəhrələnir və Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edərək ölkə rəhbərliyinin etimadını doğruldurlar.
Müdafiə Nazirliyinin rəsmisi cari ilin fevral ayının 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısını xatırlayaraq vurğulayıb ki, Ali Baş Komandanın toplantının mötəbər tribunasından Azərbaycan Ordusu və onun qəhrəman döyüşçüləri barədə dediyi qürurverici fikirlər hər bir Vətən əsgərinin böyük qələbəyə, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inamını daha da artırdı. Möhtərəm Prezidentimizin dediyi kimi, həqiqətən də Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır.
Nəzərə çatdırılıb ki, təqdim olunan kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu və gənclər haqqında müdrik kəlamlara çevrilmiş fikirləri də öz əksini tapıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun “Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdır və qadirdir”, tarix elmləri doktoru, professor Həmzə Cəfərovun “Ulu öndər Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin banisidir” başlıqlı məqalələri oxucuların böyük marağına səbəb olacaq.
Zabitlərdən Loğman Xanlarov, Fəxrəddin Əhmədov, Taleh Xanməmmədov, gənc əsgərlərdən Elmin Musayev, Təbriz Həsənov, Ağca Məmmədov, Fəqan Səttarlı və başqaları çıxış edərək gənclərə göstərilən yüksək diqqət və qayğıya cavab olaraq üzərlərinə düşən hər bir vəzifənin öhdəsindən layiqincə gələcəklərinə söz veriblər.
Hərbi hissənin kitabxanasına və xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya kitabın ilk nüsxələri təqdim olunub. Onlar bu kitabları Novruz bayramı ərəfəsində ən gözəl töhfə kimi qiymətləndiriblər.
Digər hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, eləcə də cəbhəboyu rayonların Gənclər Mərkəzlərində də “Ordu gəncləri böyük qüvvədir” adlı kitabın təqdimatı ilə bağlı tədbirlər keçiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar