Xəbər lenti
Naxçıvanda yeni təlim mərkəzi istifadəyə verildi
Martın 9-da Əlahiddə Ümumqoşun Orduda yeni təlim mərkəzi istifadəyə verilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisinin sədrinə raport verib.
Ali Məclisinin sədri təlim mərkəzində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, təlim mərkəzi şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində bütün zəruri vasitələrlə təmin edilib. Ərazidə yeni yaşayış və xidmət binası inşa olunub, lazımi şərait yaradılıb. Binada rabitə qovşağı, ideoloji, yataq, yemək və texniki otaqlar istifadəyə verilib.
Təlim mərkəzində maneələr zolağı və təlimi idarəetmə məntəqəsi yaradılıb, yollar çəkilib, yaşıllıq zolağı salınıb. Səhra təlimlərinin keçirilməsi üçün ərazidə yeni düşərgə də qurulub. Düşərgədə şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün tədbirlər görülüb, yataq yerləri və məişət guşələri istifadəyə verilib. Yaradılan şərait istənilən hava şəraitində təlimlərin uğurla həyata keçirilməsinə imkan verəcək.
Ali Məclisinin sədri Muxtar Respublikada Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib, xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar