Xəbər lenti
“Artıq müqavilə bağlanıb, Bakı həmin qırıcıları bu il alacaq...” - erməni hərbi ekspert
Ermənistanın Rusiyadan 4 Su-30SM qırıcılarını alacağı məlum olan kimi Azərbaycan “Thunder JF-17 Block 2” qırıcılarının alınmasına dair Pakistanla danışıqları fəallaşdırdı.
Bu barədə erməni hərbi ekspert Vaan Ambartsumyan deyib.
Bundan əvvəl Vaan Ambartsumyan Azərbaycanın Hərbi Hava Qüvvələrinin imkanları barədə danışaraq erməni ictimaiyyəti üçün təşviş doğuracaq informasiyalar açıqlamışdı. Bildirmişdi ki, Azərbaycan Türkiyədən aldığı SOM supermüasir hava-yer raketləri ilə İtaliyadan böyük partiyada sifariş verdiyi “Alenia Aeromachi” M-346 təlim-döyüş təyyarələrini təchiz edəcək. Hansı ki, bu raketlərə qarşı müdafiə vasitələri mövcud deyil və onlar Ermənistanın S-300 zenit-raket komplekslərinin özlərini asanlıqla məhv edə bilər.
Habelə Ambartsumyan sensasion iddia irəli sürərək deyib ki, Azərbaycan Rusiyadan Su-30 MKM qırıcılarını da almaq istəyir və artıq öz pilotlarını bu tipli təyyarələrdə təlim keçmək üçün Əlcəzairə göndərib.
Indi isə Ambarstumyan iddia edir ki, Azərbaycan neçə vaxtdır maraq göstərdiyi JF-17 qırıcılarını almaq üçün artıq müqavilə bağlayıb. “Mən deyə bilmərəm ki, onlar həmin qırıcılardan neçə vahid alacaqlar, lakin Bakı onları elə bu almağı planlaşdırır. Mahiyyətcə bunlar Çinin FC-1 Xiaolong qırıcılarının Pakistanda yığılan variantıdır, lakin göstəriciləri yaxşılaşdırılıb. Pakistan versiyası hava döyüşünün aparılması, yerüstü, yeraltı və suüstü hədəflərin vurulması üçün nəzərdə tutulub. Onun əsas üstünlüklərindən biri budur ki, Rusiyadakı rəqibi Su-30 SM-lə müqayisədə xeyli ucuzdur, döyüş xarakteristikasına görə isə ondan heç nə ilə geri qalmır”-Ambartsumyan bildirib.
Erməni hərbi ekspert qeyd edib ki, Pakistan qırıcılarının döyüş xarakteristikaları əsasən onda Çin istehsalı olan xüsusi asqı konteynerinin yerləşdirilməsi imkanına görə artır. Pakistanlılar isə bu asqını daha müqasir və mükəmməl Türkiyə asqı konteyneri “ASELPOD”la əvəz ediblər.
Ambarstumyana görə Bakının silahlanma sahəsində son addımları, xüsusən də hava döyüş texnikası sahəsində sövdələşmələri Azərbaycanın Qarabağ məsələsini hərbi yolla həll etməyə hazırlaşdığını göstərir.
Xatırladaq ki, Azərbaycan Pakistandan JF-17 Block-2 qırıcılarını almaq üçün çoxdandır müzakirələr aparır. Bu yaxınlarda belə məlumatlar yayılmışdı ki, Bakı azı iki eskadrilyanı silahlandırmağa bəs edəcək sayda qırıcı sifariş verməyə yaxındır. JF-17 Block-2 yüngül qırıcılardır və xüsusən dağlıq relyefdə döyüş əməliyyatlarının aparılması üçün əlverişlidir.(virtualaz.org)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar