Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu erməniyə Azərbaycan vətəndaşlığı verilə bilər, əgər...

Tarix: 21-11-2016 09:43     Baxış: 4365 A- / A+
Bu erməniyə Azərbaycan vətəndaşlığı verilə bilər, əgər...



Vahe Avetyanın müraciəti müzakirələrə səbəb olub; Müzəffər Baxış: “Prezident istəsə...”

Ötən həftə erməni hüquq müdafiəçisi, yazıçı-publisist Vahe Avetyan Azərbaycan vətəndaşlığı üçün ölkə başçısı İlham Əliyevə müraciət etdi. Müraciəti öz facebook səhifəsində paylaşan erməni yazıçısı dövlət başçısından ona bu hüququn verilməsini xahiş etdi.

V.Avetyanın müraciətində bu sözlər yer alır: “Qardaş Azərbaycan Respublikasının çox hörmətli prezidenti, rəhbərlik etdiyiniz ölkədə isti qarşılandığıma görə sizə təşəkkür edirəm. Səbr, anlayış və müdriklik nümayiş etdirdiyinizə görə sizə minnətdaram. Mən Azərbaycan xalqı ilə dərin mənəvi bağlarımı saxlayıram. Onun bütün dərdlərinə və ağrılarına şərikəm, uğurlarına isə sevinirəm. Ermənilər üçün müqəddəs sayılan yerin, kilsənin, Bibliyanın və digər dəyərlərin ölkənizdə yaxşı qorunduğuna görə sizə ürəkdən minnətdaram.

Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının mənəvi vətəndaşlığını verəsiniz!".

Erməni publisistin bu müraciəti geniş müzakirələrə səbəb oldu. Bəziləri müraciətin müsbət sonluğunun olacağını düşünür, bəziləri isə bunun əksini deyir. Hətta Azərbaycanın 20% torpaqlarını işğal edən, milyonlarla vətəndaşımızı öz doğma torpaqlarından didərgin salan təcavüzkar ölkənin ictimai xadiminə vətəndaşlıq verilərsə, bunun doğru olmayacağını deyənlər də az olmadı.

Hüquqşünas Müzəffər Baxış Avetyana hansı hallarda vətəndaşlıq hüququnun verilə biləcəyini sadaladı: “Bizdə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun var. 30 sentyabr 1998-ci ildə qəbul olunub. Həmin qanunun 14-cü maddəsinin tələblərinə görə, Azərbaycan ərazisində 5 ildən artıq daimi yaşayan şəxslər müraciət etdikdə, Azərbaycan dilini bilmələri ilə bağlı Təhsil Nazirliyi tərəfindən arayış təqdim etdikdə, belə olan halda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə əsasən, ölkə başçısı həmin şəxsin vətəndaşlığa qəbul edilməsi barədə sərəncam verə bilər. Həmin qanunun 14-cü maddəsində bir sıra şəxslərə bu müddəalar təqdim edilmədən belə vətəndaşlıq verilə bilər. Məsələn, elm, texnika, idman və digər sahələrdə nailiyyəti olan şəxslərə bu hüquq verilə bilər.

Yəni 5 il Azərbaycanda yaşamadan belə vətəndaşlıq ala bilərlər. Tutaq ki, Bolqarıstan və digər ölkənin vətəndaşı idmanda böyük uğur qazanıblar, o zaman onların müraciətləri ilə həmin 14-cü maddədəki bəzi istisnalar nəzərə alınır və vətəndaşlıq hüququ həmin şəxslərə verilir. Vətəndaşlığa qəbuletmə hər bir halda Azərbaycan prezidentinin səlahiyyətinə aiddir. Əgər prezident istəsə ki, kimlərisə ölkə vətəndaşlığına qəbul etsin, o zaman edə bilər.

Erməninin nə dediyini bilmirəm, amma səlahiyyət Azərbaycan prezidentindədir. Konstitusiyanın 109-cu maddəsinin 20-ci bəndinə görə, bu məsələləri o həll edir. Həmin şəxs müraciət etdikdən sonra Azərbaycan Respublikasının Miqrasiya Xidmətinə müraciət olunur. Həmin qurum da Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edir. Bu rəsmi qurumlar rəyi verdikdən sonra rəylər toplanılır, Azərbaycan prezidentinin yanında Vətəndaşlıq məsələləri üzrə komissiya var, həmin komissiyaya rəylər göndərilir. Həmin komissiyanın tövsiyəsinə əsasən, prezident onun qəbul edilməsi barədə sərəncam imzalayır. Əgər komissiya tövsiyə etmirsə, o zaman Azərbaycan prezidentinə ümumiyyətlə, müraciət olunmur".

Qeyd edək ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V. Avetyan noyabrın 7-də Bakıya gəlib. O, Xocalı abidəsini ziyarət edərək, abidə önündə baş əyib. Soyqırıma görə Azərbaycan xalqından üzr istəyib.

Xatırladaq ki, ötən ilin sentyabrında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gələn Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan da Azərbaycan hökumətindən siyasi sığınacaq istəsə də, sonradan o, üçüncü ölkəyə göndərilib.(musavt.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar