Xəbər lenti
Kimin maaşı nə qədər artıb? CƏDVƏL

Minimum aylıq əməkhaqqının artırılmasından sonrakı vəziyyət belədir
Prezident İlham Əliyevin martın 1-dən mart ayının 1-dən minimum aylıq əməkhaqqının artırılması barədə sərəncamı 600 minədək insanı əhatə edir. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Nazirliyin məlumatına görə, minimum aylıq əməkhaqqı 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılıb. Bununla əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib.
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli (VTC) ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğləri müəyyən edilib. 19 dərəcədən ibarət VTC üzrə əməyin ödənilməsinin birinci dərəcəsindən başlayaraq minimum əmək haqqı 180 manata çatdırılmaqla, bütün dərəcələr üzrə əmək haqqının artımı özünü göstərir.
Eyni zamanda, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşlarının minimum məbləği 180 manat müəyyən edilməklə, ali, 1-ci, 2-ci və 3-cü kateqoriya dövlət orqanları üzrə bu məbləğlər artır.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar