Xəbər lenti
HDP Türkiyə parlamentinə qayıdır
Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) parlamentdə fəaliyyətini bərpa etmək barədə qərar verib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu gün Ankaranın Kartal meydanında keçirilən aksiyasında HDP-nin İstanbul rayon təşkilatının həmsədri Doğan Erbaş açıqlayıb.
D. Erbaş partiya rəhbərliyində aparılan son müzakirələrdən sonra Türkiyə Böyük Millət Məclisində fəaliyyətlərini bərpa etmək, parlamentdə daha fəal iştirak etmək barədə qərar verildiyini bildirib.
Qeyd edək ki, noyabrın 6-da HDP Türkiyə parlamentində fəaliyyətini dayandırıb. Buna səbəb terror fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində partiyanın iki həmsədri də daxil olmaqla, HDP-nin 10 deputatının həbs edilməsi olub. HDP Türkiyə Böyük Millət Məclisində deputatlarının sayına görə üçüncü partiyadır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar