Xəbər lenti
“Azərbaycan son on ildə silahlanmaya 22,7 milyard xərcləyib” - “Bloomberg”
"Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir” .
Manevr.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın "Bloomberg” agentliyi apardığı qiymətləndirməyə əsasən yazıb.
Agentlik qeyd edir ki, regionda silahlanma yarışı ciddi problemə çevrilməkdədir: "Ermənistan "İskəndər” raket kompleksləri aldığı halda, Azərbaycan da İsraildən "kamikadze” PUA-ları alır və Pakistanla yüksək texnoloji silah növlərinin alınmasına dair danışıqlar aparır. Bütün bunlar son illər ərzində münaqişənin ən ciddi kəskinləşdiyi aprel döyüşlərindən cəmi yeddi ay sonra baş verir”.
Böyük Britaniyanın "Chatham House” Tədqiqat Mərkəzinin ekspertləri silahlanma yarışının daha ciddi hal aldığını və bunun gələcəkdə toqquşma ehtimalını artırdığını hesab edirlər.
"Bloomberg”in məlumatına görə, Azərbaycan və Ermənistan son on ildə hərbi xərclərə ümumilikdə 27 mlrd. dollar vəsait sərf ediblər. Silah alışına ayrılan vəsaitə gəldikdə isə, Azərbaycan liderdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar