Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

"18 yaşlı əsgərə 75 manat verilməsinə səs verən deputatların maaşı kəsilsin!" - QAZİ-JURNALİSTDƏN TƏKLİF

Tarix: 20-11-2016 19:53     Baxış: 4449 A- / A+
"18 yaşlı əsgərə 75 manat verilməsinə səs verən deputatların maaşı kəsilsin!"


Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu maraqlı və maraqlı olduğu qədər də söz-söhbət yarada biləcək bir təkliflə çıxış edib! O, bildirib ki, deputatların maaşı ləğv edilsin!

Rey Kərimoğlu: “İlham Əliyevin yerinə olsam, ümumiyyətlə, deputatların maaşını ləğv edərəm! Axı 5-6 nəfəri çıxsaq, parlamentdə əyləşənlərin əksəriyyətinin aylıq 1500-2000 min manat ehtiyacı yoxdur! Köməkçiləri də ləğv edilsin! Kim istəyir canı çıxsın öz pulu ilə özünə köməkçi saxlasın!

10-15-20-25 ildir deputatdırlar, qoy bundan sonra millətə pulsuz xidmət etsinlər də!

O pulu da yönəltsinlər Şəhid ailələrinin 20 ildir verilməyən qanpulunun (hər ailəyə 11 min manatdır) ödənilməsinə!

Köməkçiləri ilə birlikdə ilə 3-4 milyon manat edir! Təkcə bu qənaətlə dövlət 4 ilə Şəhid ailələrinə olan borcunu tam bağlaya bilər!

Gözünüzü yumub deputatlarımızı gözünüzün qabağına gətirin...

Cəbhədə hər iki ayağını itirmiş 18 yaşlı əsgərə 75 manat verilməsinə səs verən adamlara pul düşmür! Şəhid ailəsini 200 manatın ümidinə buraxılmasına səs verən duputat pul düşmür!

Vallah, elə belə demirəm! Qarabağ qazisinə, Şəhid ailəsinə belə hörmətsizlik edən adamlara pul vermək olmaz!(Qaziler.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar