Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zabelin erməni səfirə yazdı: Haqlısınız, Rusiya olmasa...

Tarix: 04-03-2019 16:56     Baxış: 4297 A- / A+
Zabelin erməni səfirə yazdı: Haqlısınız, Rusiya olmasa...


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin rusiyalı deputatların Bakıda keçirilən yürüşdə iştirakına görə Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vardan Toqayanın hiddətlənməsi ilə əlaqədar ona açıq məktub göndərib.

Manevr.az Azərtac-a istinadən məktubu təqdim edir:

"Cənab səfir. Təəssüf ki, siz haqlısınız. Rusiya dövləti Ermənistana həmişə ciddi kömək göstərib və göstərir, onu dəstəkləyib və dəstəkləyir. Rusiyanın sayəsində Ermənistan dövlətinin və erməni xalqının sosial-iqtisadi vəziyyəti hələ "mövcudluğunu" davam etdirir və "o, köpəyoğludur, amma bizim köpəyoğludur" prinsipi əsas götürülməklə Ermənistana hər şeyi bağışlayırlar.

Rusiyalı bir sıra parlamentarilərin və bəzi ictimai xadimlərin mövqeyinə görə sizin hiddətlənməyinizin səbəbi tamamilə aydındır, axı onlar Ermənistandan icazə istəmədən Xocalı faciəsinin qurbanlarına abidə önünə çiçəklər qoymağı, qolları heç bir təqsiri olmayan Xocalı sakinlərinin - qocaların, qadınların və uşaqların qanına dirsəyə qədər bulaşmış erməni nasistlərin hərəkətlərinə obyektiv münasibət bildirməyi özlərinə rəva görüblər.

Ermənistanın faşist ideologiyasının və Rusiyaya qarşı mübarizənin rəmzinə çevrilmiş nasist cani Qaregin Njdenin timsalında nasizmin təriflənməsinə və qəhrəmanlıq kimi qələmə verilməsinə görə monomillətli, millətçi Ermənistanı kim qınaya bilər?!

Ermənistanda rus əhalinin və rus dilinin sıxışdırılmasına, rus məktəblərinin bağlanmasına görə Ermənistanı kim qınaya bilər?!

"Dənizdən-dənizə böyük Ermənistan" kimi şovinist və "böyük millətçilik" arzusu naminə terrorizmə, qonşu dövlətin ərazisinin 20 faizinin işğal edilməsinə görə Ermənistanı kim qınaya bilər?!

Siz Rusiya ilə "dostluq və səmimi münasibətlər körpüləri salınması" barədə danışanda yəqin ki, Ermənistanın bu siyasətini nəzərdə tutursunuz.

Xoşbəxtlikdən, böyük Rusiyada nasist ideologiyasını əsas tutan Ermənistanın şovinist, millətçi siyasətinin nəyə gətirib çıxara biləcəyini anlayan siyasətçilər və ictimai xadimlər çoxdur və Rusiyanın "öz köpəyoğlusunun" hərəkətlərinə səbri tükənməz deyil".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar