Xəbər lenti
Məcburi köçkünlərə torpaq sahələrinin ayrılması qaydasında dəyişiklik edilib

Nazirlər Kabineti “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması qaydası”nda dəyişiklik edib.
Manevr.az məlumatına görə, qaydalara edilən yeni əlavəyə görə, məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” qanunun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.
Bununla yanaşı, indiyədək mövcud olan qaydalara əsasən, məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə müraciət edirdilər. Yerli icra hakimiyyətləri 10 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsindən daxil olan sənədlərə baxır, kənd təsərrüfatı məhsulları istehsal etmək üçün məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahəsi ayrılması barədə (yerli şəraiti, torpaq ehtiyatının miqdarını, əhalinin sıxlığını nəzərə almaqla) müvafiq qərar qəbul edirdi.
Qərara edilən yeni dəyişiklik əsasında isə bu maddələrdən “və icarəyə” sözləri çıxarılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar