Xəbər lenti
"Gözəl Təbriz, sənin cavabınla fəxr edirik..." - Qənirə Paşayeva
Təbrizlilər və ümumiyyətlə, güneyli soydaşlarımızın Nikol Paşinyanın Tehran səfərinə və bu səfər zamanı “Ararat” idman klubunda erməni icması ilə görüşdə “Qarabağ Ermənistandır və Son” plakatının qaldırılmasına kəskin etirazlarına və aksiyalarına millət vəkili Qənirə Paşayeva münasibət bildirib.
Manevr.az xəbər verir ki, millət vəkili yazıb:
Ah gözəl Təbriz! Sənin hər zaman Vətənə, Azərbaycana pislik edənlərə, düşmən baxanlara, düşmənçilik edənlərə, qeyri-səmimilərə verdiyin cavablarla fəxr etmişik. Bu cavabın kimi...
İşğalçı Ermənistanın Baş naziri Paşinyanı Xocalı soyqırımının ildönümü günlərində İranda, rəsmi Tehranda isti görüşlərlə qarşılayanlara, İslam birliyindən dəm vurub 1 milyon azərbaycanlının evinə dönməsinə imkan verməyən Ermənistan rəsmiləri ilə İranda qucaqlaşanlara, dostluq nümayiş etdirənlərə, qucaq açanlara çox gözəl cavab verdin, Təbriz! Səni çox sevirik ey əziz Təbriz və “Traktor”! Sən İranda “Qarabağ ermənilərindir” kimi şüar açan ermənilərə və onun önündə selfi çəkdirib paylaşan Paşinyana da gözəl cavab verdin!
Qarabağ Azərbaycan torpağıdır və onu mütləq azad edəcəyik, bu məsələdə Bakıdan Təbrizə bütün azərbaycanlılar birlik içindədir deyərək!
Var ol Təbriz! İnşallah, Qarabağı bir millət olaraq mütləq azad edəcəyik!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar