Xəbər lenti
“Paşinyanın fikirləri mənə itin misalını xatırladır” — Aqil Abbas
“Əvvəllər deyirdik ki, bu erməni digərindən yaxşıdır.Amma indi deyirik ki, bu erməni o ermənidən də pisdir, yaxşı deyil. Odur ki, onlar hər zaman Azərbaycan əleyhinə fikirlər səsləndiriblər və bundan sonra da səsləndirəcəklər. Burda qəribə heç nə yoxdur. Qərib o zaman olardı ki, Azərbaycan haqqında xoş bir söz deyəydi…”
Manevr.az xəbər verir ki, bunu “ölkə.az”a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Onun sözlərinə görə, Paşinaynın Azərbaycan haqqında səsləndirdiyi ifadə mənə itin misalını yadıma salır:
“İtə deyirlər niyə hürürsən, deyir, qorxuduram. Bəs, niyə quyruğun əsir, deyir ki, qorxuram. Paşinyanın İranda səsləndirdiyi fikir də bu misala bənzəyir. Azərbaycandan qorxduqlarından belə fikirlər səsləndirirlər”, - deyə A. Abbas deyib.
O, əlavə edib ki, digrə tərəfdən də Paşinyanın bu fikirləri daha çox erməni cəmiyyətinin başını qatmağa, daxili auditoriyaya hesablanan fikirlərdir:
“Bu gün Ermənistan rəhbərliyi Azərbaycanın qüdrətini yaxşı bilir, sadəcə gözə kül üfürürlər. Ermənistan inkişafına görə Azərbaycandan ən azından 3-4 dəfə geri qalır. Odur ki, daha çox daixili auditoriyaya hesablanan bəyanatlardır”.
İranda separatçı Dağlı Qarabağ rejiminin bayrağının qaldılrmasına və “Qarabağ-Ermənistan “ şüarının səsləndirilməsi məsələsinə gəldikdə isə deputat bildirib ki, bu xoşa gələn hadisə olmadığından İran bu məsələyə aydınlıq gətirməlidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar