Xəbər lenti
Erməni əsgər anaları etiraza qalxdı: “Müstəntiqi həbs edin”

Ermənistan ordusunda dinc dövrdə ölən hərbçilərin anaları dünən təkrarən Ermənistan hökuməti binası qarşısında etiraz aksiyası keçiriblər.
Manevr.az xəbər verir ki, onlar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş tələb ediblər.
Yaxın gələcəkdə dinc dövrdə orduda ölən erməni hərbçilərlə bağlı 5 qalmaqallı cinayət işlərinə yenidən baxılacağına dair hökumətin açıqlama verməsinə baxmayaraq, ölən hərbi qulluqçuların anaları hesab edir ki, uzun illər keçən cinayət işlərinin istintaqı müstəntiqlər tərəfindən ədalətli həll edilə bilməyəcək.
Dinc dövrdə ölən hərbi qulluqçu Valerik Muradyanın anası Nana Muradyana İstintaq komitəsində müstəntiq bildirib ki, 9 il sonra sübutlar məhv edildiyindən cinayət işinin üstünün açılması çətindir.
“9 il keçib. İlkin izlər itirilib, əşya sübutlar məhv edilib, iş qarışıq hala düşüb. 9 il sonra mən bu işi necə araşdırım?”, - deyə o müstəntiqin sözlərini xatırladaraq etiraz edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar