Xəbər lenti
Sumqayıt məktəblərinin 20 faizi direktorsuz qalıb

Yerli KİV-də Sumqayıtda fəaliyyət göstərən 50 ümumtəhsil müəssisəsindən 30-nun direktoru olmaması barədə xəbərlər yayılıb. İddia olunur ki, direktor vəzifəsi yerlərinin boş qalmasının direktorların işə qəbulu vakansiyası ilə əlaqəsi yoxdur.
Manevr.az bildirir ki, nazirlikdən oxu.az-ın sorğusununa cavab olaraq bildirilib ki, Sumqayıtda 50 ümumtəhsil məktəbi var:
"Onlardan 10 məktəbdə hazırda direktor vəzifəsi vakantdır və bu vəzifə müvəqqəti olaraq direktor müavinləri və ya Təhsil Şöbəsinin metodistləri tərəfindən icra edilir. Təhsil Nazirliyinin 18.10.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na uyğun olaraq, vakant direktor vəzifələri ötən ilin noyabr ayında müsabiqəyə çıxarılıb".
"Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək müqaviləsi imzalanacaq", - deyə nazirlikdən bildirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar