Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kredit borclar nə qədər məbləğdə silinəcək? - Şərh

Tarix: 28-02-2019 21:04     Baxış: 3267 A- / A+
Kredit borclar nə qədər məbləğdə silinəcək? - Şərh

“Azərbaycan Prezidenti İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kredit borclarına dair fərman imzalayıb. Birincisi bu fərman yalnız fiziki şəxslərə şamil olunur, şirkət adına kredit götürənlərə aidiyyatı yoxdur. İkincisi isə, fərmanın əhatə dairəsinə yalnız 10 000 dollaradək xarici valyutada olan əsas kredit borclarının daxildir”.
Manevr.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Ekspert qeyd edib ki, fərmana görə maksimum silinən borc 5 000 dollardan çox ola bilməz:
“Bu o deməkdir ki, 1 nəfərin müxtəlif banklardan 10 000 dollaradək olan bir neçə borcu varsa, onun bütün borclar üzrə silinən məbləği 5 000 dolları ötə bilməz. Eyni zamanda bu elə başa düşülməməlidir ki, hər kəsin 5 000 dollarardək olan borcu silinəcək. Silinən borcun maksimum məbləği 5 000 dollar ola bilər.

Üçüncüsü, fərmana görə yalnız silinən kredit müqavilələri 2012-ci ilin yanvar ayının 1-dən sonra bağlanmalıdır və kreditlərin qaytarlma vaxtından ən azı 365 gün keçməlidir. Bu o deməkdir ki, 2012-ci ildən əvvəl və müddətindən asılı olaraq ən geci 2016-cı ildən sonra alınan kreditlər bura şamil olunmur.
Dördüncüsü, fərmana görə silinən borclar 2 qrupda təsnifləşdirilir.

Bir qrupda 2012-ci ilin yanvarın 1-dən 2015-ci ilin fevral ayının 1-dək olan borclar üçün hər 1 dollara görə 15 sent silinəcək. Yəni bu müddətdə 5000 dollar borcu olandan 750 dollar, 6000 dollar borcu olandan 900 dollar, 7000 dollar borcu olandan 1050 dollar, 8000 dollar borcu olandan 1200 dollar, 10000 dollar borcu olandan isə 1500 dollar silinəcək. Əgər borc sahibi tutaq ki, borcunu çox hissəsini ödəyib, az hissəsi qalıbsa onda ona hesablanan məbləğin bir hissəsi yerdə qalan borca silinəcək, artıq məbləğ isə həmin şəxsin sərəncamında qalacaq.

Fərz edək ki, sizin 6000 dollar borcunuz olub, onun 5500 dollarını ödəmisiniz, o halda sizə düşəcək 900 dollardan 500 dollarlıq borc bağlanacaq, yerdə qalan 400 dollar sizə veriləcək”.

Qubad İbadoğlu qeyd edib ki, ikinci qrupda 2015-ci ilin fevralın 22-dən həmun ilin dekabr ayının 21-dək olan borclar üçün hər 1 dollara görə 35 sent silinəcək:

“Yəni bu müddətdə 5000 dollar borcu olandan 1750 dollar, 6000 dollar borcu olandan 2100 dollar, 7000 dollar borcu olandan 2450 dollar, 8000 dollar borcu olandan 2800 dollar, 10000 dollar borcu olandan isə 3500 dollar silinəcək.

Bu zaman əgər borc sahibi tutaq ki, borcunu çox hissəsini ödəyib, az hissəsi qalıbsa onda ona hesablanan məbləğin bir hissəsi yerdə qalan borca silinəcək, artıq məbləğ isə həmin şəxsin sərəncamında qalacaq. Fərz edək ki, sizin 6000 dollar borcunuz olub, onun 4000 dollarını ödəmisiniz, o halda sizə düşəcək 2100 dollardan 2000 dollarlıq borc bağlanacaq, yerdə qalan 100 dollar sizə veriləcək.

Beşincisi, borclarınn bir hissəsi silinmiş (restrukturizasiya olunmuş) fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər də nəzərdə tutulub. Belə ki, fiziki şəxslər banklar tərəfindən illik faiz dərəcəsi 1 faizlə kredit götürüb borclarını bağlaya biləcək. Nəhayət, fərmanının tətbiqi üçün 3 ay müddət ayrılıb. Bu müddət ərzində bocların bir hissəsi silinməli, məhkəmədə olan işlərə görə banklar iddialarını geri götürməlidirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar