Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili: “Prezidentin fərmanı 850 minə yaxın vətəndaşı əhatə edəcək”

Tarix: 28-02-2019 17:17     Baxış: 4201 A- / A+
Millət vəkili: “Prezidentin fərmanı 850 minə yaxın vətəndaşı əhatə edəcək”


“Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı fərman təxminən 850 minə yaxın fiziki şəxsi əhatə edəcək”.

Manevr.az-n xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Azərbaycan Prezidentinin bir neçə gün öncə keçirdiyi müşavirədə fərmanın imzalanacağı barədə anons verdiyini xatırladan deputat bildirib ki, aparılan təhlillər nəticəsində problemli kreditlərin həlli ilə bağlı konkret mexanizm hazırlanıb və fərman imzalanıb: “Onu da qeyd etmək lazımdır ki, problemli kreditlər bütövlükdə dünyada rast gəlinən bir problemdir və dünyanın bir çox ölkəsində devalvasiya baş verib. Hətta bizimlə qonşu olan Türkiyə, İran və digər dövlətlərdə də bu hal yaşanıb. Eyni zamanda bu problemin həlli ilə bağlı dünya ölkələrində konkret mexanizmlərin tətbiqinə, dövlətin dəstəyinə çox az hallarda rast gəlinir”.

Prezidentin imzaladığı fərmanın 10 min ABŞ dollarınadək götürülmüş kredit borclarına şamil olunacağını vurğulayan T.Mirkişili qeyd edib ki, dünya ölkələrində belə bu həcmdə rəqəmlərə rast gəlmək qeyri-mümkündür: “Bir çox ölkələrdə 1000, bəzilərində 700 dollara qədər kreditlərə güzəştlər tətbiq edilir. Bununla bağlı Azərbaycan cəmiyyətində də müzakirələr gedirdi və bu müzakirələr zamanı 10 min ABŞ dollarınadək olan kreditlərə güzəştin olacağı barədə gözləntilər yox idi. Prezident tərəfindən birdən-birə 10 min ABŞ dollarınadək olan kreditlərə güzəştin tətbiq olunması kifayət qədər böyük və əhalinin rifahı üçün atılmış unikal bir addımdır. Bu fərmanın tətbiqi ilə 850 minə yaxın vətəndaşın rifahını gücləndiriləcək”.ona

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar