Xəbər lenti
Dövlət Komitəsi Taxtakörpüdə tədbir keçirdi
Bu gün Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon Təhsil Şöbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda tədbir keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə, DQİDK-nin Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Laçın rayonunun axundu Əsgər Məmmədov, təhsil işçiləri, eləcə də məktəb şagirdləri iştirak ediblər.
Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzə ilə çıxış edərək ölkəmizdə dini radikalizm və dini ekstermizm hallarına qarşı mübarizənin tam təmin edildiyini diqqətə çatdırıb. Şöbə müdiri mövcud qanunvericilik bazasına uyğun olaraq ölkəmizdə istənilən vətəndaşın istədiyi dinə sitayiş etməsinə şərait yaradıldığını qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar