Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rus deputatlar Xocalı yürüşünə qoşuldu, İrəvan təşvişə düşdü

Tarix: 27-02-2019 18:30     Baxış: 3181 A- / A+
Rus deputatlar Xocalı yürüşünə qoşuldu, İrəvan təşvişə düşdü

Rusiya Dumasının bəzi üzvlərinin Bakıda keçirilən açıq antierməni aksiyasında iştirakı anlaşılmazlıq yaradır.

Manevr.az
xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının plenar iclasında çıxışı zamanı Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan deyib.

“Əziz dostlar, təəssüflə qeyd etməyə məcburam ki, bizim ölkələr arasında yüksək səviyyəli müttəfiqlik fəaliyyətinə, həmçinin Rusiya tərəfinin Dağlıq Qarabağ konfliktinin sülh yoluyla həllinə yönələn davamlı səylərinə rəğmən, bəzi bizim rusiyalı həmkarlarımız dünən Bakıda keçirilən, regionda stabillik və dayanıqlı sülhün yox edilməsinə yönələn açıq antierməni aksiyasında iştirak ediblər. Üstəlik, Rusiya-Ermənistan parlamentlərarası komissiyasının üzvlərinin bu tədbirdə iştirakı anlaşılmazlıq yaradır”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Xocalı soyqırımının 27-ci il dönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilib. Yürüşə Rusiyadan gələn nümayəndə heyəti də qoşulub. Heyətə Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Rodnina, Dövlət Dumasının Təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məclisinin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının Dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın Dostları Qrupunun əlaqələndirisici, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, rusiyalı yazıçı, rejissor Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin Sosiologiya və politologiya fakültəsinin dekanı Aleksandr Şatilov daxil olub.axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar