Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Şuranın mitinqinə icazə verilmədi - Rəsmi cavab

Tarix: 27-02-2019 14:00     Baxış: 4234 A- / A+
Milli Şuranın mitinqinə icazə verilmədi - Rəsmi cavab


Milli Şuranın martın 2-də keçirmək istədiyi mitinqə icazə verilməyib.

Manevr.az xəbər verir ki, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunu təşkilatçılardan Vidadi Məhərrəmov və İlham Hüseyn​ götürüb.

Məktubda qeyd olunub ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən dərhal sonra bəzi toplantı iştirakçıları tərəfindən yol verilmiş qanun pozuntuları, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törətmələri və polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri şəhər sakinlərinin haqlı narazılığına, Bakı Şəhər İcra Hakimiyyətinə və hüquq mühafizə orqanlarına çoxsaylı müraciətlərinə səbəb olub və bu haqda müraciətlər hələ də davam etməkdədir.

Bununla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlər ünvanlanıb.

Bu da mitinq təşkilatçılarının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yaradır. Qeyd olunanları və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununun 7-ci maddəsinin I hissəsini nəzərə alaraq 2 mart 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda planlaşdırılan mitinq məqsədəuyğun hesab edilmir./ qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar