Xəbər lenti
"Çavuşoğlunun bu çıxışı heyrətamizdir"
NATO Parlament Assambleyasının 62-ci illik sessiyasında Mövlud Çavuşoğlu ermənilərin nə qədər riyakar olduğunu çox kəskin şəkildə bir daha toplantı iştirakçılarının nəzərinə çatdırdı.
Bunu Report-a Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov deyib.
O bildirib ki, assambleyanın 62-ci illik sessiyası çox önəmli bir toplantıdır: "NATO Parlament Assambleyasının növbəti sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sessiyada Türkiyə dövlətinin tarixi və fəaliyyəti, terrora qarşı mübarizə və digər məsələlər ilə bağlı geniş çıxış etdi. Nazir, həmçinin ona ünvanlanan sualları cavablandırdı. Nazir Türkiyənin Azərbaycanla olan mövqeyini bir daha ortaya qoydu. İclasda Mövlud Çavuşoğlu Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasını, bir milyondan artıq qaçqının olmasını, müxtəlif nüfuzlu beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qərarlarını, o cümlədən NATO Parlament Assambleyasının da qərarını dinləyicilərin diqqətinə çatdırdı. Cənab Çavuşoğlunun erməni yalanlarına qarşı çıxışı çox heyrətamiz idi".
S.Novruzov xatırladıb ki, asambleyada 56 dövlətin nümayəndəsi iştirak edir: "Burada 5 komitə var, hər bir komitədə Azərbaycanın nümayəndəsi iştirak edir".
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində NATO Parlament Assambleyasının 62-ci illik sessiyası keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edir. Azərbaycan nümayəndə heyətinin səfəri noyabrın 22-də başa çatacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar