Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

“O deputatla liftə belə minmirəm” - Arif Rəhimzadə

Tarix: 26-02-2019 12:32     Baxış: 4629 A- / A+
“O deputatla liftə belə minmirəm”


Milli Məclisin deputatı Arif Rəhimzadə millət vəkili həmkarlarından biri ilə illərdir salamlaşmadığı, hətta o adamla eyni liftə belə minmədiyini açıqlayıb.

Manevr.az-ın xəbərinə görə, deputat bunu "Yeni Müsavat”a müsahibəsində bəyan edib.

O bildirib ki, həmin deputat illər əvvəl mərhum president Heydər Əliyevlə bağlı "layiqsiz ifadələr” işlətdiyi üçün onunla bütün münasibətlərini kəsib: "Hazırda Milli Məclisin üzvü olan bir deputat 90-cı illərin əvvəlində Heydər Əliyevə qarşı layiqsiz ifadələr işlədib. Mən onu üzdən yaxşı tanımırdım. Biləndə ki, o, həmin adamdır, bir qrup deputatın yanında ondan soruşdum ki, o vaxtlar Heydər Əliyevə qarşı layiqsiz ifadələr işlədən sən idinmi? O, özünü itirdi və cavab verə bilmədi. Onda ona dedim ki, mənimlə salamlaşma və sən adlı adamı tanımıram! Görəndə ki, o, liftin qarşısında dayanıb, mən onunla bir kabinəyə minmirəm”.

A.Rəhimzadə jurnalistin bu deputatın kimliyini açıqlaması, adını deməsi barədə israrını geri çevirib və ad çəkməkdən imtina edib: "Mən hesab edirəm ki, onun özünün əzabı özünə bəsdir. Bu mənada həmin deputatın adını açıqlamağa ehtiyac yoxdur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar