Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

DGK-da seminar başladı

Tarix: 25-02-2019 19:39     Baxış: 3160 A- / A+
DGK-da seminar başladı

Fevralın 25-də Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Sərnişinlər üzərində səmərəli gömrük nəzarətinin aparılması” mövzusunda seminar başlayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən axar.az-a bildirilib ki, seminarda komitənin 25-dən çox əməkdaşı iştirak edir. Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi tərəfindən təşkil olunan seminarın məqsədi Avropa İttifaqının gömrük nəzarəti sahəsində ən yaxşı təcrübələrinə əsaslanaraq Azərbaycan gömrük orqanlarına sərhəd nəzarətinin, sərnişinlər və onların baqajları üzərində gömrük nəzarətinin sadələşdirilməsi və asanlaşdırılması ilə bağlı məsləhətlər vermək, həmçinin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlıq etməkdir.

Komitənin Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov ekspertlərin öz təcrübəsini Azərbaycan gömrükçüləri ilə bölüşməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, son 4 ay ərzində Dövlət Gömrük Komitəsinin iştirakı ilə sərhəd-buraxılış məntəqələrinin işinin təşkili mövzusunda 10-dan çox tədbir keçirilib və bu seminar da ümumi işə öz töhfəsini verəcək.

Estoniya Vergi və Gömrük Şurasının Şərq Gömrük İdarəsinin baş inspektoru Nikolai Voronin əvvəllər də dəmir yolu daşımalarında gömrük rəsmiləşdirilməsi barədə müzakirələr apardıqlarını, bugünkü seminarda da mühüm mövzulara toxunulacağını bildirib və təlim iştirakçılarına beynəlxalq təcrübədən maksimum yararlanmağı tövsiyə edib.

İtaliya Gömrük və İnkişaf Agentliyinin Domodossola Dəmiryol Xidməti-Gömrük İdarəsinin əməkdaşı Adriana Minoggio vurğulayıb ki, seminar müddətində İtaliya təcrübəsini iştirakçılarla paylaşacaq, eyni zamanda, Avropa İttifaqının sözügedən sahədə qanunvericilik aktları barədə təqdimatlar keçirəcək.

Litva Maliyyə Nazirliyi yanında Gömrük İdarəsinin baş inspektoru Ruta Petkeviçiute isə qeyd edib ki, sərnişinlərin daşınması və gömrük məntəqələrindən keçirilməsi barədə kifayət qədər təcrübəyə malikdir və seminar müddətində öz təcrübəsini Azərbaycan gömrükçüləri ilə bölüşəcək, onların bilik və bacarıqlarının artırılması işinə öz töhfəsini verməyə çalışacaq.

Seminarda ekspertlər “Nəqliyyat vasitələrinin və fərdlərin gömrük ərazisinə daxil olması və bu ərazidən çıxması”, “Sərnişin dəhlizlərinin idarə edilməsi”, “Malların və nəqliyyat vasitələrinin bəyannaməsi”, “Müxtəlif kateqoriyalı qeyri-rezidentlər üçün gömrük imtiyazları” adlı təqdimatlarla çıxış ediblər. Seminarın növbəti günündə isə “Müşayiət olunmayan baqajın gömrük nəzarəti və rəsmiləşdirilməsi”, “Xidməti və mülki silahların gömrük nəzarəti və rəsmiləşdirilməsi”, “Mədəni sərvətlərin gömrük nəzarəti və rəsmiləşdirilməsi”, “Şəxsi istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin idxal, ixrac və tranziti” adlı sessiyalar keçiriləcək.

Fevralın 26-na qədər davam edəcək seminarın sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılacaq, gömrükçülərin iş prosesində qarşılaşdığı məqamlarla bağlı sualları ekspertlər tərəfindən cavablandırılacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar