Xəbər lenti
Bu tarixdən etibarən avtomobil yolu pullu olacaq - AÇIQLAMA

"Bakı - Ələt Astara İranla dövlət sərhədi avtomobil yolunun bir hissəsi bu ilin sonundan ödənişli olacaq".
“Finans.az” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı hazırda lazımi tədbirlər görülür: “Yeni yolun ödənişli olması əvvəlcədən müəyyən edilməmişdi. Sonradan qərara alındı ki, eyni istiqamətdə alternativ yol var və buna görə yeni yol ödənişli ola bilər. Bununla bağlı biz aidiyyəti qurumlara təkliflər vermişik. Təklifi ölkə prezidenti və Nazirlər Kabineti qəbul edib. Yəqin ki, bu ilin sonuna qədər həmin yolun 172 km-lik hissəsi ödənişli yol kimi xalqa xidmət edəcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar