Xəbər lenti
Ermənistanda Paşinyanı 5 rayonu qaytarmağa məcbur edirlər
Yeni baş naziri güzəştə çağıran qüvvələr baş qaldırır
Ermənistan parlamentində Paşinyan bloku tərəfindən qəbul edilən hökumət proqramında nəzərdə tutulan sərmayə həcmi müxalifətin ciddi tənqidinə tuş gəlib.
Manevr.az istiPress-in məlumatına görə bildirir ki, inqilab günlərində Paşinyanın tərəfinə keçmiş, hazırda ana müxalifət partiyası rolunu oynayan “Çiçəklənən Ermənistan” partiyasının deputat təmsilçisi Mikael Melkumyan yeni hakimiyyətin nəzərdə tutduğu sərmayə cəlbinin 20 dəfə az olduğunu vurğulayır.
"Sərmayələri ÜDM-in 15,5%-indən 23%-inə qədər qaldırmaq o deməkdir ki, biz hətta 2008-ci ilin səviyyəsinə çata bilmirik, onda 41% olub", - deyə deputatın sözlərini “Sputnik” portalı dərc edib. İldə 120 milyon dollarlıq sərmaə cəlbinin az olduğunu bildirən deputat dirçəliş üçün ildə 2,5 – 3 milyard dollar sərmayə cəlbinə ehtiyac olduğunu vurğulayıb. Onun fikrincə, hələlik Ermənistanın bu sərmayəni cəlb etməyə heç bir imkanı yoxdur.
Rusiyalı politoloq Sergey Markov "Vestnik Kavkaza" portalının əməkdaşı ilə söhbətində yeni hökumətin heç bir addımının iqtisadiyyatı dirçəltməyə qadir olmadığını bildirib. "Ermənistan hər şeydən öncə Dağlıq-Qarabağ münaqişəsinin həll edilməməsi üzündən mühasirədədir. Bu ölkənin hansısa şəkildə inkişafına mane olan əsas səbəbdir", - deyə o vurğulayıb.
Yəni politoloqun fikrincə, Ermənistan iqtisadiyyatının bərpası üçün yenanə yol sərhədlərin açılmasıdır. Sərhədləri necə açmağın yolunu isə bir neçə həftə öncə Belarus lideri Aleksandr Lukaşenko açıqlamışdı. O bildirib ki, Ermənistan əgər 5 rayonu qaytararsa Azərbaycan və Türkiyə dərhal sərhədləri açar, Ermənistan regional layihələr qoşular və s. O, bu nizamlama variantında zamin kimi Rusiya və Belarusun əsas rol oynayacağını bildirib. Vaxtında Serj Sarkisyanın razılaşmaq istəmədiyi bu varianta Nikol Paşinyanın imza ata biləcəyi vurğulanır.
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Serj Sarkisyan ictimai rəyin qorxusundan bu variantı imzalmamışdı. Onda bütün erməni ekspertləri bu variantı müzakirə etməyin belə Ermənistana xəyanət olduğunu iddia edirdilər. Həm də Qarabağ klanının təmsilçilərinin – Serj Sarkisyanın, Robert Koçaryanın, Seyran Ohanyanın, Bako Saakyanın və başqalarının torpaqları əllərində saxlamaqda iqtisadi maraqları vardı. Ermənistanda heç kimdən gizli deyil ki, Azərbaycanın işğal altında olan 150 min hektara yaxın əkinə yararlı torpağı məhz klan təmsiləçiləri tərəfindən əkilir və onlar böyük pullar qazanırlar.
Amma Paşinyanın belə imkanı yoxdur. Həm də Paşiynanın dövründə artıq erməni ekspertğlərin içində Azərbaycanla sərhədlərin açılmasını və Ermənistanın beynəlxalq layihələri qoşulmasının vacibliyini anlayanlar çoxalır. Məsələn, Qarabağda böyümüş şərhçi Naira Ayrumyan son məqalələrinin birində 5 rayonun qaytarılması üzrə danışıqların başlamasının, Ermənistanın regional layihələrə qoşulmasının vacibliyini vurğulayırdı.
Digər erməni ekspert Armen Vardanyan isə «1in.am»a verdiyi müsahibəsində bildirir ki, keçmiş hakimiyyət xalq tərəfindən seçilmədiyindən, yəni legitim olmadığından Qarabağ məsələsində radikal addımlar atmağa (torpaqları qaytarmağa) risk etmirdi. Vardanyan bildirib ki, Paşiyan legitimdir və radikal addımlar ata bilər.
Yəni Paşinyan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu Azərbaycanın nəzarətinə qaytarsa, Ermənistanda ciddi etirazla qarşılanmayacaq. Əksinə, iqtisadiyyatın dirçəldilməsi üçün Azərbaycanın və Türkiyənin, həmçinin Rusiyanın ciddi dəstəyini qazanmış olacaq. Amma razılaşmasa və Serj Sarkisyan kimi inad göstərsə, Azərbaycan beynəlxalq vasitəçilərin xeyir-duası ilə işğal edilmiş torpaqları (ən azından Madrid prinsiplərinə uyğun olaraq ilk 5 rayonu) hərb yolu ilə alacaq. Onda Ermənistan Azərbaycan və Türkiyədən heç bir iqtisadi dəstək görə bilməyəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar