Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qəbələdə saxlanılan keçmiş nazirlərə xəbərdarlıq edildi

Tarix: 21-02-2019 11:54     Baxış: 2566 A- / A+
Qəbələdə saxlanılan keçmiş nazirlərə xəbərdarlıq edildi


Qarabağ veteranının hüzr mərasiminə gedən sabiq nazirlər yol polisi tərəfindən bir neçə dəfə saxlanılıblar.

Ölkənin keçmiş müdafiə naziri Rəhim Qazıyev və sabiq daxili işlər naziri İsgəndər Həmidovun olduğu avtomobili Qəbələdə yolboyu təkrar-təkrar saxlayan polis əməkdaşları onlara rayonda siyasi təbliğat aparmamaq barədə xəbərdarlıq ediblər.

Bu barədə məlumat verən Rəhim Qazıyev Qəbələdə üzləşdikləri vəziyyəti belə təsvir edib:

“İsgəndər Həmidov, Əhməd Oruc, Gülnaz xanım və mən Qəbələyə, Qarabağ qazısı, polkovnik-leytenant Əliyaz Mirzəyevin yas mərasiminə gedirdik. Rayonun girişində yol polisi heç bir əsas olmadan maşını saxladı və bizim hər birimizin sənədini tələb etdi.

Sənədlərimizi yoxladıqdan sonra bizim yola davam etməyimizə mane olmadılar, ancaq dedilər ki, beş dəqiqədən sonra sizi yenə saxlayacaqlar. Onların dediyi kimi oldu. Rayon mərkəzinə az qalmış polis bizi yenə saxladı.

Bizə rayonda siyasi təbliğat aparmamaq barədə xəbərdarlıq etdilər. Onlara izah etməyə çalışdıq ki, biz Qarabağ qazisinin hüzr mərasiminə gedirik, siyasi tədbirə yox. Bu kimi hadisələr artıq neçənci dəfədir ki, təkrarlanır. Anlamaq çətindir, bunlar nəyə görə belə süni gərginlik yaradırlar”./yenicag.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar