Xəbər lenti
Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi... - XİN-də görüş olub

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə danışıqların siyasi və təhlükəsizlik, eləcə də ticarət istiqamətləri üzrə davam etdirilməsi məqsədilə Avropa İttifaqının nümayəndə heyətləri Bakıya səfər edib.
XİN-dən verilən məlumata görə, Aİ tərəfindən saziş üzrə əsas danışıqçı, Avropa Xarici Fəaliyət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Lyuk Dövinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Xarici İşlər Nazirliyində siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu baş tutub.
Aİ nümayəndə heyəti həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilib.
Aİ-nin Ticarət üzrə Baş Direktorluğunun nümayəndəsi Petros Sourmelisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan tərəfi ilə saziş layihəsinin ticarət sahəsi üzrə danışıqlarını bu il fevralın 15-20-də Bakıda davam etdirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar