Xəbər lenti
“Natamam təklik” imzalandı - ŞƏKİLLƏR

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən kitabın – gənc şair Vasif Zöhraboğlunun "Natamam təklik" şeirlər kitabının “İmza günü” keçirilib.
Tədbirin aparıcısı və “ZirvəKitab” layihəsinin rəhbəri, gənc şair İntiqam Yaşar “İmza günü”ndə elm, ədəbiyyat nümayəndələri, o cümlədən yeni nəsil yazarları, fəal oxucuların, müəllifin yaxın dostlarının iştirak etdiyini bildirib.
“Natamam təklik”in ön söz müəllifi, AYB-nin Şəki bölməsinin sədri Vaqif Aslan, redaktoru isə AYB-nin üzvü İntiqam Yaşardır. Tanınmış şair Xanım İsmayılqızı, şair-publisist Əkbər Qoşalı, gənc yazarlar Bəhruz Xəlil, Mirbağır, Aydın Arslan, Zamiq Zərdabi, Arzu Hüseyn, Arzu Murad, Mənsur Həsənzadə, Fuad Cəfərli, jurnalist Lalə Əliyeva, hüquqşünas Nicat Gözəlov və s. kitab və müəllif haqqında ürək sözlərini bölüşüblər.
Sonda, müəllif “Natamam təklik" kitabını oxucular üçün imzalayıb.
Kitabın Bakı şəhərində və regionlarda, habelə, “Zirvə” Tədris Mərkəzində “İmza günü”nün keçirilməsi nəzərdə tutulub.
"Zirvə Tədris Mərkəzi" mətbuat xidməti







Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar