Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Mən də "paket" alırdım, ayda 30 min..." - Nazir müavini

Tarix: 18-11-2016 15:25     Baxış: 3423 A- / A+
"Mən də "paket" alırdım, ayda 30 min..."


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli əməkdaşlarının işi üzrə istintaq materialları bu nazirlikdə uzun illər hökm sürmüş dəhşətli korrupsiya və mənimsəmə mexanizmini üzə çıxarır.

Orada qurulmuş sistemə əsasən, nazirliyin tərkibindəki strukturlardan və müəssisələrdən aylıq gəlirlər, habelə xərclərin şişirdilməsi yolu ilə əldə olunan pullar ümumi "kassada", yaxud oğru dünyasında olduğu kimi "obşak"da toplanırdı. Daha sonra oradan vəzifəsinə və mövqeyinə uyğun olaraq nazirliyin rəhbər işçilərinin hərəsinin öz payı ayrılırdı.

Məlum olur ki, nazir Əli Abbasovun aylıq "paketi" 200-300 min manat, nazir müavinlərinin "paketi" isə 30 min manat və daha çox olub.

İstintaq materiallarına əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Rzayevin və digərlərinin işi üzrə hazırda da nazir müavini kimi işləyən Elmir Vəlizadə də şahid qismində dindirilib.

Vəlizadə Elmir Tofiq oğlu ifadəsində 26.12.2007-ci il tarixdən hazıra kimi rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində işlədiyini bildirib. O, ayda 50 min manat "paket" aldığını etiraf edən digər nazir müavini İltimas Məmmədovla eyni məzmunlu ifadə verərək keçmiş nazir Əli Abbasov tərəfindən ona aylıq olaraq əvvəllər 3 min manat, sonradan 15 min manat, son dövrlərdə isə 30 min manat "paket" şəklində pulların verildiyini təsdiqləyib.

Elmir Vəlizadənin sözlərinə görə, o, həmin vəsaiti almaqdan imtina etmək istəsə də, nazir Əli Abbasov deyib ki, puldan imtina etmək olmaz. Çünki bu "ümumi qaydadır" və yığılan pullar nazirliyin rəhbər işçiləri arasında paylanır. Nəticədə E.Vəlizadə bu qayda ilə aylıq olaraq hər ay qeyd olunan məbləğdə "paket" aldığını təsdiq edib.

İstintaq ləğv edilmiş MTN-in Transmilli Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləmiş general Sübahir Qurbanovun da ifadəsini alıb. O, Vidadi Zeynalovun ona hər ay mütəmadi olaraq pul göndərmədiyini, lakin sonuncudan bir neçə dəfə ad günü və toy şənlikləri üçün hədiyyə tapmasını xahiş etdiyini, sürücüsü Ramil vasitəsi ilə həmin hədiyyələri ondan qəbul edib dəyərini ödədiyini iddia edib.

Lakin sürücü istintaqa ifadəsində generalı "satıb", deyib ki, Sübahir Qurbanovun tapşırığı ilə ayda bir dəfə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun yanına gedib, Zeynalov nazirliyin binasının 2-ci mərtəbəsində yerləşən xidməti otağında ona hər dəfə 16x16x10 sm ölçüdə, şəffaf izolentlə bağlanmış və içərisi görünməyən sellofan "paket" verib. Sürücü deyib ki, həmin paketi ondan alıb Sübahir Qurbanova çatdırıb, bağlamanın içərisində pul olduğunu bilirmiş, ancaq miqdarından xəbərsizmi.. Sürücü təsdiqləyib ki, 3-4 il ərzində bu qayda ilə Vidadi Zeynalovun verdiyi bağlamanı Sübahir Qurbanova çatdırıb, V.Zeynalovdan son dəfə 2015-ci ilin oktyabr ayında paketi alıb Sübahir Qurbanova aparıb.

Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi vəzifəsində işləmiş general Teymur Quliyev də istintaqa ifadəsində Vidadi Zeynalovdan aylıq haqq aldığını inkar edib. O, Zeynalovu 20-25 ildir tanıdığını desə də, yaxın münasibətlərdə olduğunu inkar edib, pul tələb etmədiyini bildirib.

Lakin Vidadi Zeynalov Sübahir Qurbanovla və Teymur Quliyevlə üzləşmə zamanı 3-3,5 il ərzində Sübahir Qurbanova hər ay 100 min ABŞ dolları, Teymur Quliyevə isə 2013-cü ilin ortalarından başlayaraq hər ay 50 min ABŞ dolları pulu sürücüləri vasitəsi ilə göndərdiyini bir daha onların üzünə təsdiq edib. Generallar bu faktları təkzib edə bilməyiblər.(virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar