Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlqar Məmmədov azadlğa çıxmadı - Məhkəmə QƏRARI

Tarix: 18-11-2016 13:00     Baxış: 4380 A- / A+
İlqar Məmmədov azadlğa çıxmadı



Bu gün Ali Məhkəmədə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

Manevr.az xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçən prosesdə İlqar Məmmədovun şikayəti təmin edilməyib.

İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinə müraciət ediblər.

Məhkəmə apelyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İlqar Məmmədov və Tofiq Yaqublu kasasiya şikayəti veriblər. Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib.

Şəki Apelyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Tofiq Yaqublu Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar