Xəbər lenti
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu və TİKA-nın dəstəyi ilə fevralın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçirilib.
Manevr.az-ın məlumatına görə, tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamlayaraq deyib: “Bəxtiyar Vahabzadənin vəfatından 10 il keçir, onun bu on illikdə yeri çox görünür. O, xoşbəxt şair idi. Onilliklər keçsə də o, hər zaman yaddaşlarda yaşayacaq".
TİKA-nın Bakı üzrə əlaqələndiricisi Teoman Tiryaki isə Bəxtiyar Vahabzadənin istiqlal şairi olduğunu bildirib.
Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir çıxışında Xalq şairi haqqında öz düşüncələrini bölüşüb. O, Bəxtiyar Vahabzadənin yaradıcılığında dilimizin zənginliyinin qorunub saxlanıldığını vurğulayıb.
Tədbirdə Xalq şairinin “Əlvida” şeirini səsləndirdiyi lent yazısı təqdim olunub.
Sonra Xalq şairi Sabir Rüstəmxanlı Bəxtiyar Vahabzadənin yaradıcılığına nəzər salıb.
Ədəbi-bədii gecə “Özümüzü kəsən qılınc” əsərinin nümayişi ilə davam edib.
Gecədə Xalq artistləri Flora Kərimova, Gülyaz və Gülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar