Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"İş o həddə çatdı ki, Azərbaycan prezidenti..." - Polkovnikdən Qarabağ açıqlaması

Tarix: 10-02-2019 12:43     Baxış: 4293 A- / A+
"İş o həddə çatdı ki, Azərbaycan prezidenti..." - Polkovnikdən Qarabağ açıqlaması


“Hazırda müharibə davam edir. Atəşkəs rejimi sadəcə müharibənin bir mərhələsidir. Əgər təmas xəttində çoxlu sayda hərbi hissələr üz-üzə durursa və hər gün atəşkəs rejimi pozulursa, deməli hər an müharibə passiv fazadan aktiv fazaya keçə bilər. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və silahlanması həm də ona görədir ki, müharibənin aktiv fazaya keçdiyi an ordumuz qarşısına qoyduğu məqsədə qüsursuz nail olsun”.

Manevr.az-ın məlumatına görə, bu sözləri teleqraf.com-a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin sözlərinə görə, Sərkisyan dövrü ilə Paşinyan dövrünün Azərbaycana münasibətini müqayisə edəndə gördük ki, vəziyyət əvvəl bir qədər gərgin olub: “İş o həddə çatdı ki, Azərbaycan prezidenti qarşı tərəfə mesaj verərək bəyan etdi ki, bundan sonra cavabdehlik Ermənistanın üzərində qalacaq. Bu gün Azərbaycanın nüfuzu, gücü, onun Silahlı Qüvvələrinin inkişafı Paşinyan kimi qeyri-konstruktiv mövqe tutan şəxsi masa arxasına gətirdi. Həmin görüşdə ciddi söhbətlər oldu. Azərbaycan prezidenti ilə görüşdən çıxdıqdan sonra Paşinyan artıq öz ifadələrində ehtiyatlı oldu. Bu danışıqlardan sonra təmas xəttində atəşkəsin pozulması faktları bir qədər azaldı”.

Şair Ramaldanov xatırladıb ki, Azərbaycan ordusu Ermənistanla sərhəddin bir hissəsini Sərhəd Xidmətinə təhvil verib və həmin ərazidə bu qurum dövlət sərhədlərini mühafizə edir: “Fikrimcə, bunu yuxarıda qeyd edilən prosesin davamı kimi qəbul etmək olar. Biz onu da bilirik ki, Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu ölkə heç vaxt müstəqil olmayıb və konfliktlə bağlı müstəqil qərar qəbul etmək imkanında deyil. Onlar hər zaman havadarlarının əmrlərini yerinə yetirirlər. Bu mənada yeni Ermənistan hakimiyyətinin hələlik bu konflikti sülh vasitəsilə həll etmək imkanında deyil. Getdikcə Ermənistanda Qarabağ konfliktinin sülh yolu ilə həll edilməsinin tərəfdarları çoxalır. Erməni cəmiyyətində anlayırlar ki, Ermənistan meqa iqtisadi layihələrdən kənardan qalıb və özlərinin imkanı yoxdur ki, Qarabağa investisiya qoysunlar.
Beləcə, Qarabağ zəif iqtisadiyyatı olan ölkə üçün əlavə yükdür. Buna rəğmən Ermənistanı da silahlandıran qüvvələr var. Ancaq reallıq odur ki, Azərbaycan bu regionda güc sahibidir. Azərbaycan ordusu nə qədər güclü olsa və düşmən bizim ordumuzun gücünü qiymətləndirib hiss etsə, konfliktin masa arxasında həlli variantına meyl edəcəklər. Güclü dövlətlə, güclü Silahlı Qüvvələri olan dövlətlə gücsüz dövlət heç vaxt müharibə aparmaq istəməz. Tarixdə belə faktlar var. Bu mənada Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və silahlandırılması gələcəkdə düşməni sülhə gətirmək baxımından da əhəmiyyətlidir”.

Ermənistanda ictimai-siyasi vəziyyət və bunun hərbi sferaya təsirləri haqqında danışan polkovnik bildirib ki, hazırda düşmən ölkədə daxili siyasi vəziyyət gərgindir:
“Ermənistan siyasi baxımdan sanki iki yerə parçalanıb. Bir hissəsi əlində maliyyə və güc sahibi olan Qarabağ klanıdır. Qarabağ klanını xaricdə olan lobbilər də dəstəkləyir. Digər tərəfdən hakimiyyətə yeni gələn Paşinyan və onun komandasıdır. Paşinyan anlayır ki, Qarabağ məsələsinin bu fonda davam etməsi Ermənistan üçün faciə ilə nəticələnə bilər. Azərbaycan prezidenti açıq bəyan edib ki, Ermənistan sülh yolu ilə işğal edilən torpaqları azad etmək yolundan çəkilsə və Azərbaycanı məcbur etsə ki, ordunun imkanları ilə bu məqsədə çatsın, bu zaman mümkündür ki, Azərbaycan öz tarixi torpaqları haqqında düşünsün. Hesab edirəm ki, bu çox tarixi və əhəmiyyətli bir mesajdır. Bu o deməkdir ki, Azərbaycan işğal edilən əraziləri işğaldan təmizləməyə başlasa, hüququ var ki, tarixi torpaqları haqqında da düşünsün. Bu da, Ermənistanı birmənalı düşündürməlidir. Yəni müasir dünyada işğalın bu formada davam etməsi mümkün deyil. Fikrimcə, Ermənistanda ağıllı insanlar var və onlar bunu anlayırlar. Digər tərəfdən, Ermənistan bilir ki, müharibədən heç nə qazanmayacaq, itirəcəyi daha çox olacaq. Ermənistan Rusiyadan kredit hesabına silah alır. Bu vəziyyət faktiki olaraq erməni iqtisadiyyatının 50 faizini Rusiyanın nəzarətinə keçirib. Bununla belə Ermənistanda Qarabağ klanı güclüdür, xaricdə olan erməni lobbisi Qarabağ bağlı mövqeyini dəyişməyib. Digər tərəfdən, Rusiyanın da maraqları var. Bu vəziyyətdə Ermənistan hansısa qərar qəbul etmək durumunda deyil. Amma cəmiyyət anlayır ki, bu vəziyyət onun xeyrinə deyil. Azərbaycanın iqtisadi, siyasi və hərbi baxımdan güclənməsi sabah Ermənistan tərəfini konstruktiv mövqe tutmağa vadar edəcək. İndi Azərbaycan Paşinyana imkan verir ki, komandasını yığsın, siyasətini qursun və konstruktiv danışıqlara başlasın. Bu, hər iki dövlət üçün müsbət hal olardı. Yox, əgər Ermənistanın masa arxasında konstruktiv mövqe tutması baş verməyəcəksə, bu zaman Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın tapşırığı yerinə yetirəcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar